There are no translations available.
![]()
Suraxanı rayonunda ətraf mühitin təmizliyinə, ekoloji vəziyyətin sağlamlaşdırılmasına daim xüsusi diqqət yetirilir.Təsadüfi deyil ki, rayonun əhatə etdiyi altı qəsəbədə, yol kənarlarında səliqə-səhman, təmizlik yaratmaq üçün iməciliklərin keçirilməsi ənənə halını almışdır. Rayon ərazisində yerləşən müəssisələrdə çalışan insanlar bu iməciliklərə böyük həvəslə qoşulurlar.Həyata keçirilən abadlıq-quruculuq işləri, mütəmadi keçirilən könüllü iməciliklər sayəsində rayonun siması xeyli dəyişmiş və gözəlləşmiş, on minlərlə ağac və gül kolları əkilmişdir.















