Thursday, September 09, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Suraxanı rayonunda birinci yarımilin yekunları müzakirə edilmişdir


27 iyul 2010-cu il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin Konfrans zalında Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin yekun nitqindən irəli gələn vəzifələr Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayon fəallarının iştirakı ilə keçirilən toplantısında ətraflı müzakirə edilmişdir.


İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafından bəhs etmiş, bu tərəqqinin rayonun həyatında da özünü qabarıq büruzə verdiyindən danışmışdır.
Rayon rəhbəri öz çıxışında bildirdi ki, son illər aparılan tikinti-quruculuq işlər nəticəsində Suraxanı rayonunun siması xeyli dəyişib.Suraxanılılar rayonda aparılan hər işdə - istər tikinti-quruculuq, istərsə də sosial vəziyyətin yaxşılaşdırılmasında dövlət başçısının rayonumuza göstərdiyi əməli köməkdən daim minnətdarlıqla söz açırlar.
   Digər rayonlarda olduğu kimi Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsini təşkil edir və bu proqrama əsasən rayonumuzda 2010-cu ilin 6 ayında bir sıra işlər görülmüşdür.
Belə ki, “Dədə Qorqud” adlandırılan yeni yaşayış sahəsinin yanında +70 “Hövsan”, Yeni Günəşli “V” yaşayış sahəsinin yaxınlığında +180 “Günəşli” su anbarı kompleksinin tikintisi və anbara su xəttlərinin çəkilməsi davam etdirilmiş, Hövsan qəsəbəsinin əhalisini içməli su ilə normal təmin etmək üçün +110 su anbarından +70 su anbarına çəkilən su xətti +70 su anbarına daxil olmadan birbaşa Hövsan qəsəbəsinə 14,0 min p.m. uzunluğunda çəkilmiş xəttə birləşdirilmiş və qəsəbənin su təchizatı qismən yaxşılaşdırılmışdır.
Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 850 p.m. yeni kanalizasiya xətti çəkilmiş, həmin küçədə yerləşən fekal nasosxana ləğv edilmiş, ətraf ərazidə yerləşən yaşayış evləri və sənaye müəssisələri üçün dayanıqlı kanalizasiya şəbəkəsi yaradılmış, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində 500 p.m., Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində 80 p.m., Qasım bəy Zakir küçəsində 200 p.m., Zeynal Zeynalov küçəsində isə 500 p.m. uzunluğunda kanalızasiya xətti çəkilmişdir. 
114 saylı məktəbin həyətində yeni modul tipli istilik qazanxanası tikilmiş, məktəbin daxili istilik sistemi yenidən qurulmuş, uzun illər qəzalı vəziyyətdə olan kanalizasiya borusu dəyişdirilərək 60 p.m. uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, Hövsan qəsəbəsi, 126 saylı və Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 280 saylı uşaq bağçalarının daxili istilik sistemləri əsaslı təmir olunmuşdur.
Rayonun sənaye müəssisələri 2010-cu ilin 6 ayı ərzində 65,7 milyon manatlıq iş yerinə yetirmiş və xidmət göstərmiş, bir işçinin orta aylıq əmək haqqı 393  manata çatmış, müəssisələrdə və firmalarda  625 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
5 mart tarixdə Hövsan qəsəbəsində yerləşən “Dalğa” Elmi-İstehsalat Müəssisəsinin əsaslı yenidənqurulmasından sonra açılışı olmuş, açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Bakıda 3 milyon ağacın əkilməsi və 2010-cu ili  “Ekologiya ili” elan edilməsi ilə əlaqədar rayon ərazisində ətraf mühitin mühafizəsi, çirklənmiş torpaqların bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması, mövcud park və yaşıllıqların qorunub saxlanılması, yenilərinin salınması istiqamətində ardıcıl işlər görülmüş, bu dövr ərzində müxtəlif idarə və müəssisələrin iştirakı ilə rayonun bütün qəsəbələrində, 31,4 min ağac, o cümlədən Heydər Əliyev prospektinin sağ tərəfindəki ərazidən köçürülmüş “Binə” ticarət mərkəzinin yerində  18 min müxtəlif növ ağac əkilmiş, ənənəvi olaraq hər ayın birinci şənbə günü Heydər Əliyev prospektinin Suraxanı rayonunun ərazisindən keçən hissəsində və qəsəbələrdə ümumrayon iməcilikləri keçirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 9 hektara yaxın sahələr təmizlənmiş ümumi sahəsi 0,62 hektar olan 11 neft gölməçələri qurudulmuş, 30 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, Zığ qəsəbəsinin mədən ərazilərindən isə lay sularının yığılması və kollektora ötürülməsi məqsədi ilə nasosxananın tikintisi başa çatmaq üzrədir.  
 “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün kanalizasiya şəbəkəsinin qurulması, Hövsan kanalının yenidən qurulması işləri davam etdirilmişdir.
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq Heydər Əliyev prospektinin və Zığ dairəsi–Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonunun ərazisindən keçən hissələrinin kənarlarının abadlaşdırılması,  dekorativ səsqoruyucu divarlarının tikilməsi, yaşıllıq guşələrinin və parkların salınması işləri davam etdirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən Yeni Günəşli “D” yaşayış sahəsində “Qayğı” əlil uşaqların reabilitasiyası mərkəzinin tikintisi işləri davam etdirilmişdir.
Rayon ərazisində 10 məhəllədaxili həyət abadlaşdırılmış, 1 idman meydançası, 1 yeni park salınmış, 1 vətəndaş mərasimləri binası tikilmiş, ikisinin tikintisi davam etdirilmiş, Əmircan qəsəbəsi, M.Əzizbəyov adına mədəniyyət evinin divarına şair Səməd Mənsurun xatirə lövhəsi vurulmuşdur.
Alman faşizmi üzərində qələbənin 65 illiyi münasıbəti ilə Qaraçuxur qəsəbəsində “Vətən şəhidləri unudulmur” xatirə kompleksinin yerləşdiyi və Əmircan qəsəbə nümayəndəliyinin qarşısındakı parklar yenidən qurulmuş, Əmircan qəsəbəsində sahəsi 36 kv.m olan “Veteranlar guşəsi” tikilmiş, stol,  stul və stolüstü oyun ləvəzimatları ilə təchiz edilmişdir.
Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 23 saylı binanın qarşısında əkiz qardaşlar Samir və Seymur Nuriyevlərin “Şəhid xatirə bulağı” yenidən qurulmuş, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində Qarabağ müharibəsinin 6 şəhidinin portretləri vurulmuş “Şəhid xatirə kompleksi” tikilmiş, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan bayrağı ordenli Əbülfəz Vəli oğlu Əliyevin qəbrinin üstü düzəldilmişdir.
 “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Atəşgah” məbədinin yenidənqurulmasına, Heydər Əliyev prospektini “Atəşgah” məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin dam örtüklərinin dəyişdirilməsinə, fasdlarının təmir olunaraq rənglənməsinə başlanılmışdır.
Küçə və yollarda carı təmir işləri davam etdirilmiş, yollarda əmələ gəlmiş iri çalalar doldurulmş və 6,9 min kv.m. yeni asfalt örtüyü salınmış, məhəllədaxili ərazilərə 33,6 min kv.m., rayon ərazisindəki yollara 11,0 min kv.m., cəmi 44,6 min kv.m. asfalt salınmışdır.
Zığ qəsəbəsi, “Bahar bağları” yaşayış sahəsində ATS binası tikilmiş, Suraxanı Rayon Mühafizə Polisinin inzibati binasının tikintisinə başlanılmış, Zığ qəsəbəsində Süd emalı zavodunun tikintisi başa çatdırılmaq üzrədir.
            Bu ilin yazı sel suyun çoxluğu ilə, təbii fəlakətlərlə yadda qaldı. Cari ilin may ayı ərzində Kür və Araz çaylarının  daşması ilə əlaqədar fəlakət zonasına Rayon İcra Hakimiyyəti tərəfindən beton və iri daşla doldurulmuş 150 yük maşını göndərilmiş, bu tədbirdə rayonun idarə və müəssisələri, iş adamları yaxından iştirak etmişlər.
Rayon Profilaktik dezinfeksiya şöbəsi  Sabirabad rayonunun su altında qalmış 4 kəndində yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri aparmış, nəticədə 2,0 milyon kv.m. ərazi dezinfeksiya olunmuşdur.  
Qəsəbələrdə qəza vəziyytində olan qaz, elektrik və su xətlərinin dəyişdirilməsinə və yeni xətlərinin çəkilməsinə başlanılmış, 109,0 min p.m.  qaz xətti çəkilmiş, 600 ədəd qaz sayğacı həyətdən kənara çıxarılmış, 22,6 min p.m. elektrik kabeli çəkilmiş, 272 ədəd elektrik dirəyi basdırılmış, 340 p.m. su borusu, 3 ədəd siyirtmə və 1 ədəd su nasosu dəyişdirilmişdir. 
Rayonun mənzil-kommunal xidmət sahələri tərəfindən yarım il ərzində 748 p.m. kanalizasiya xətti, 704 p.m. su xətti, 1450 p.m. istilik xətti, 3884 kv.m. sahədə dam örtüyü təmir edilmişdir.
  Göstərilən dövr ərzində rayon ərazisində 235 qeyri-qanuni tikinti   dayandırılaraq sənədləşməyə yönəldilmiş,  49 müxtəlif təyinatlı qanunsuz tikili ləğv edilmiş, 7400 p.м daş, metal və taxta hasar, 102 ədəd inşasına qanunsuz başlanılmış yarımçıq fərdi yaşayış evi sökülmüş, 7 ədəd  köşk yığışdırılmış, 82510 kv.m torpaq sahəsi zəbtdən azad olunmuşdur.
  Hər il olduğu kimi rayonda əlamətdar tarixi günlərlə, rəsmi dövlət bayramları ilə əlaqədar təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq ictimai-siyasi və mədəni-kütləvi  tədbirlər keçirilir, elmi-praktiki konfranslar və dəyirmi masalar təşkil olunur, bayram süfrələri açılır, maddi yardımlar göstərilir.
15 fevral 2010-cu il tarixində Suraxanı rayon Heydər Əliyev mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə iştirak edən  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək ötən illər ərzində, xüsusilə ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, gördüyü işlər haqqında geniş məlumat verdi.
 17 fevral 2010-cu il tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Diabet Cəmiyyəti Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində tədbir keçirmişdir.Tədbirdə son dövrdə Azərbaycan Diabet Cəmiyyətinin gördüyü işlər haqqında danışılmış və diabet xəstələri üçün cəmiyyətin təşkilatçılığı ilə ölkəyə gətirilən tibbi avadanlığın təqdimatı olmuşdur.
   Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamına əsasən  01 mart tarixdə tanınmış şair Səməd Mənsurun Əmircan Mədəniyyət evində xatirə lövhəsi quraşdırılmış, Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə şairin xatirəsinə  həsr olunmuş tədbir keçirilmişdir.  
       1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın 92-ci  ildönümü münasibəti ilə  Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilmiş, konfransda AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov məruzə ilə çıxış etmişdir.
    Ölkə rəhbərliyinin təşəbbüsü ilə bi il Novruz bayramı beynəlxalq status qazanaraq YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış,  BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında bütün dünyada martın 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.Bayram münasibəti ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan od götürmək üçün şəhərdən rayonumuza gələn karvanın təntənəli qarşılanması mərasimləri təşkil olunmuş,  martın 21, 22 və 23-də  rayonun mədəniyyət evlərinin bədii yaradıcılıq kollektivlərinin və folklor qruplarının iştirakı ilə bütün qəsəbələrdə bayram şənlikləri  təşkil edilmişdir.
   07 aprel tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 285 saylı məktəbdə “Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal inkişafına və sağlamlığına təsir göstərən hallardan və vərdişlərdən qorunması” adlı tədbir keçirilmişdir.
 06 may tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində  “Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi  Azərbaycanın proqressiv inkişaf modelidir” mövzusunda elmi-praktiki konfrans keçirmiş, tədbirdə Akademiyanın professor-müəllim heyəti iştirak etmişdir.
 07 may tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsinin yekunları ilə bağlı konfrans keçirilmiş, müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və fəxri diplomlar təqdim olunmuşdur. 
Hər il olduğu kimi bu il də Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı Suraxanı rayonunda  “Gül bayramı” təntənəli şəkildə qeyd edilmiş, Heydər Əliyev parkında təhsil, məktəbəqədər tərbiyə müəssisələrin və digər təşkilatların kollektivlərinin əl işləri nümayiş etdirilmiş, fəvvarələrin ətrafındakı meydanda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında “Xilaskar” tamaşası oynanılmışdır.
9 may tarixdə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə silsilə tədbirlər keçirilmiş, rayon ictimaiyyətinin və veteranların iştirakı ilə Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində Qarabağ müharibəsində şəhid olan veteranların şərəfinə xüsusi layihə əsasında yenidən qurulan “Xatirə kompleksi”nin və Əmircan qəsəbəsində Qəsəbə nümayəndəliyinin qarşısındakı parkda veteranların istirahəti üçün hər cür şəraiti olan  “Veteranlar guşəsi”nin açılışı olmuşdur. 
 “Bülbülə” şadlıq evində Qələbənin 65 illiyi münasibəti ilə müharibə veteranlarına “Faşizm üzərində qələbənin 65 illiyi” yubiley medalı, bayram hədiyyələri təqdim olunmuşdur.
Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmiş, orta ümumtəhsil məktəblərində Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmiş, sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
 01 iyun tarixdə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Heydər Əliyev parkında mindən çox uşağın iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmiş, meydanda konsert  proqramı nümayiş etdirilmiş, uşaqlar arasında müxtəlif yarışlar təşkil olunmuş və qaliblər mükafatlandırılmış, tədbirin sonunda “McDonalds” şirkətinin uşaqlara göndərdiyi hədiyyələr onlara paylanılmışdır.
05 iyun tarixdə Bakı Musiqi Akademiyası, Bülbül adına orta ixtisas musiqi məktəbi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabının rayon ictimaiyyətinə təqdimatı keçirilmişdir.
12 iyun tarixdə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Rayon İcra Hakimiyyəti və rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun – Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmiş, konfransda AzərTAC-ın Baş direktoru Aslan Aslanov çıxış etmişdir.
14 iyun tarixdə Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “15 iyun – Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” mövzusunda konfrans keçirmiş, konfransda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlar Musa Quliyev, Fəzail Ağamalıyev, Rəfael Cəbrayılov və Azay Quliyev çıxış etmişlər.
        İyun ayının 23-də Dövlət orqanlarında işləyən dövlət qulluqçuları Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak etmiş, tədbirdə  “Azərbaycan Respublikasında dövlət qulluğunda fərqlənən şəxslərin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 İyun 2010-cu il tarixli Sərəncamı barədə məlumat verilmiş, RİHBA-da uzun müddət işləyən baş məsləhətşi Gülənbər Kazımovanın da “Dövlət qulluğunda fərqlənməyə  görə” medalı ilə təltif edildiyi diqqətə çatdırılmış, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə 10 nəfər dövlət qulluqçusu RİH başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, 2 nəfərə isə növbəti  dövlət qulluqçusu ixtisas dərəcələrinin verilməsi barədə qərar qəbul edilmişdir.       
          26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə gənclər arasında hərbi-idman və idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunmuş, Qaraçuxur qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmiş, bayram süfrəsi açılmış, rayonun S.Bəhlulzadə və Q.Abbasov adına Mədəniyyət saraylarının bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə   bayram konserti təşkil edilmişdir.
    Gənc nəslin sağlam böyüməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, narkomaniyaya və digər qanun pozuntularına qarşı mübarizə işləri RİH-in daimi diqqətindədir. Belə ki, 09 mart tarixdə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə 226 saylı orta ümumtəhsil məktəbində “Biz narkotikə yox deyirik!” devizi altında, 10 mart tarixdə isə 278 saylı orta ümumtəhsil məktəbində 112 xidmətinə edilən zənglərlə bağlı maarifləndirici tədbir keçirilmiş, tədbirlərdə təhsil ocaqlarında təhsil alan şagirdlərin bir qrupu iştirak etmişdir.
 “İnsan Hüquqları Günü” münasibəti ilə 18 may - 18 iyun tarixlərdə ölkəmizdə keçirilən “İnsan Hüquqları aylığı” çərçivəsində Suraxanı rayonunda da bir sıra tədbirlər keçirilmiş, rayon ərazisində yerləşən sənaye, səhiyyə müəssisələrində hüquqşünasların iştirakı ilə maarifləndirici görüşlər təşkil olunmuş və bu görüşlərdə insan hüquqları haqqında vətəndaşlara ətraflı məlumatlar verilmişdir. Rayon məktəblərində şagirdlərin iştirakı ilə “Sən öz hüquqlarını bilirsənmi?”  mövzusunda dəyirmi masalar təşkil olunmuş, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri şagirdləri maraqlandıran çoxsaylı suallara cavab vermişlər.
  Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyeyevin tövsiyəsinə uyğun olaraq Rayon İcra Hakimiyyəti və Səhiyyə nazirliyinin birgə təşkilatçılığı ilə  rayon əhalisinin tibbi müayinəsi davam etdirilmiş, 30.10.2009-cu il tarixdən bu günə kim 100 min nəfər rayon sakini (47%) tibbi müayinədən keçmiş və bu iş uğurla davam etdirilir.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüş, Məşğulluq Mərkəzi 153 vətəndaşı işlə təmin etmiş, 36 nəfərə işsizlik müavinəti təyin etmişdir.  
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ay ərzində aztəminatlı ailələrə 3,2 milyon manat məbləğində sosial yardım ödənilmiş, 920 nəfər yeni doğulmuş uşağa 52,2 min manat birdəfəlik müavinət ödənilmiş, sosial-məişət xidməti sektorunda 302 nəfər tənha ahıl və əlil vətəndaşlara evlərində sosial-məişət xidmət göstərilmiş, 10 nəfər putyovka ilə təmin edilmişdir. 
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26823 təqaüdçüyə  17,9 milyon manat vəsait ödənilmişdir. 
Yeni Suraxanı qəsəbəsində əvvəl fəaliyyət göstərən Yod-brom zavodunun ərazisində məskunlaşmış 14 məcburi köçkün ailəsinə və Qaraçuxur qəsəbəsi Muxtar Fətəliyev küçəsi ev 17 ünvanda məskunlaşmış Laçın rayonundan məcburi köçkün Vidadi Süleymanovun ailəsinə Ramanı qəsəbəsində inşa edilmiş binada mənzillər verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında yarım il ərzində əhaliyə 1152 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayon İcra Hakimiyyətində daxili idarəetmənin, işlərin planlaşdırılmasının və icraya nəzarət mexanizmlərininin təkmilləşdirilməsi kimi yeni yanaşma formalarının və müasir iş stil və metodlarının tətbiqində rayonun hərtərəfli inkişafı, rayon sakinlərini narahat edən sosial-məişət problemlərinin vaxtında müəyyən edilməsində, onların optimal həlli yollarının tapılması istiqamətində bir sıra işlər görülmüş, RİH-də Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sistemi və “Elektron icraçı” proqramı daha da təkmilləşdirilmişdir.
2010-cu ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı yanında 5 Şura iclası keçirilərək 12 məsələ müzakirə edilmiş,  Rayon İcra Hakimiyyətinə 2214 ərizə, şikayət və xidməti sənəd daxil olmuş, RİH başçısı tərəfindən 481 nəfər vətəndaş qəbul edilmişdir. 
Ərizə, şikayət və məktublara baxılması prosesində qanunvericiliklə müəyyən edilmiş qaydalara diqqət yetirilmiş və qaldırılan məsələlərin əsasən həll edilməsi üçün tədbirlər görülmüşdür.
RİH-in iş planına əsasən 6 ay ərzində 920 nəfər sakinin iştirak etdiyi 13 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşların qəbullarında, səyyar görüşlərdə səslənən təkliflər, “Qaynar xətt”, “Elektron poçt” və digər qaynaqlardan daxil olan əhalinin sosial sifarişləri Rayon İcra Hakimiyyəti tərəfindən ümumiləşdirərək yerli Proqramlara daxil edilmiş və daxili imkanlardan istifadə etməklə “Nümunəvi abad məhəllələr”, “Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, “Şəhid xatirə komplekslərinin tikintisi və əsaslı təmiri”, “Küçə və məhəllədaxili yolların əsaslı təmiri və asfaltlanması”, “Şəhid ailələrinə, müharibə əlillərinə və digər imtiyazlı vətəndaşlara sosial yardım”, “Veteranlara dəstək” kimi və digər proqramların həyata keçirilməsi təmin edilmişdir.
Dövlət Proqramlarının, Fərman, Sərəncam və Qərarların icrası ilə əlaqədar görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, rayon ərazisində quraşdırılmış məlumat lövhələri, stendlər, müasir informasiya köşklərindən geniş istifadə edilmiş, RİH-in internet saytında xəbər və məlumatlar yerləşdirilmiş, bu günə kimi  106 mindən artıq  internet istifadəçisi rayonun  saytı ilə tanış olmuşdur. 
Natiq qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında çıxış edərək insanların sağlamlığına mənfi təsir göstərdiyinə görə keyfiyyətsiz və istifadə müddəti keçmiş istehlak mallarının idxal olunmasına, ölkədə keyfiyyətsiz malların istehsal edilməsinə və satışına qarşı ciddi tədbirlərin görülməsi tapşırığı vermiş, bu iş İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və yerli İcra Hakimiyyəti orqanlarına həvalə olunmuşdur. 
Ölkə başçısının tapşırığının icrası ilə əlaqədar Suraxanı  Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə  RİH aparatının məsul işçilərindən, rayonun idarə rəhbərlərindən və ictimai təşkilatların nümayəndələrindən təşkil olunmuş  İctimai Komissiya yaradılmış, bu dövr ərzində komissiyanın mütəmadi reydləri keçirilmiş,  baxış zamanı ticarət,ictimai iaşə, istehsal obyektlərin bəzilərində işçilərin tibbi müayinədən keçmədiyi, fərdi tibbi kartlarla və geyimlərlə təmin edilmədiyi, sanitar-gigiyena qaydalarına əməl olunmadığı, hazır məhsulun və yarımfabrikatların saxlanılması qaydalarının pozulduğu faktları  müəyyən edilmişdir.  
          Ötən dövr ərzində xarici əlaqələrinin genişləndirilməsi, qabaqcıl iş metodlarının öyrənilməsi məqsədilə Estoniyanın Tallinn şəhərindən gəlmiş nümayəndə heyəti rayonda qəbul edilmiş, qonaqlarla müzakirələr, əməkdaşlığın genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılmış, Heydər Əliyev parkında dostluq rəmzi olan ağac əkilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov çıxışının sonunda rayon sakinləri adından rayona göstərilən diqqət və köməkliklərə görə bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və  xüsusi vurğuladı  ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi 2010-cu il üçün müəyyən olunmuş tapşırıqların layiqincə başa çatdırılması,  ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklər.
Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin birinci yarısında ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdilər.

 

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

77°
25°
°F | °C
Mostly Cloudy
Humidity: 100%
Wind: NW at 18 mph
Thu

73 | 80
22 | 26
Fri

71 | 77
21 | 25
Sat

71 | 73
21 | 22
Sun

73 | 78
22 | 25

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün85
mod_vvisit_counterDünən369
mod_vvisit_counterBu həftə1320
mod_vvisit_counterKeçən həftə2796
mod_vvisit_counterBu ay3362
mod_vvisit_counterBu günə kimi cəmi125030

Hazırda burada: 8