There are no translations available.
23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Suraxanı rayonunda keçirilən tədbirdə öncə toplantı iştirakçıları Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular, Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Mərkəzin Elektron lektoriya zalında davam etdirilən toplantıda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda çalışan dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edərək xüsusi vurğuladı ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır.
Toplantıda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov bildirdi ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən ötən müddət ərzində 53 qanun, 79 fərman, 32 sərəncam qəbul edilmiş, eləcə də Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır.Natiq qeyd etmişdir ki, dövlət qulluqçularının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar. Vətəndaşlar ilk növbədə dövlət qulluqçusunun gündəlik davranışına, onun saflıq və təmizliyinə diqqət yetirir, müraciət etdiyi hər bir vəzifəli şəxsdən öz vəzifəsinə daha vicdanla yanaşmasını tələb edir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə RİHB-nin Baş məsləhətçisi Kazlmova Gülənbər Nəbi qlzlnln “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu diqqətə çatdırdı.Tədbirdə çıxış edənlər dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik etdilər.Sonda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim edildi və rayonun dövlət qulluqçuları Mərkəzin sifarişi əsasında hazırlanmış “Millət atası” filminə baxdılar.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
77°
25°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 312 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2677 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1923 |
![]() | Bu günə kimi cəmi | 123591 |
Hazırda burada: 12








