Sunday, September 05, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Suraxanı rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində “15 iyun – Azərbaycanını dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” mövzusunda konfrans keçirmişlər

There are no translations available.

14 iyun 2010-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Suraxanı rayon İcra Hakimiyyəti və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “15 iyun – Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” mövzusunda konfrans keçirmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin  Heydər Əliyev parkında Mərkəzin önündə ucalan abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar.Daha sonra konfrans iştirakçıları Mərkəzlə tanış olmuş və Mərkəzin sifarişi ilə hazırlanmış “Millət atası” filminə baxmışlar.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Mərkəzin Elektron lektoriya zalında konfrans öz işinə başlamışdır.Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, xalqın ən ağır günlərində - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuşdur.Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cu ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir.Bu tarixi yaradan isə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevdir.
Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov xüsusi vurğulamışdır ki, ölkədə ilk dəfə olaraq qanunverici və icra orqanlarının belə bir formatda tədbir keçirməsi təqdirəlayiq haldır.Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi ilə yaradılan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi Heydər Əliyev siyasətinə, Heydər Əliyevə olan məhəbbətin bariz nümunəsi kimi sözün həqiqi mənasında xoş təəccübümüzə səbəb oldu.Daha sonra çıxışına davam edən natiq qeyd etmişdir ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun təkcə dövlətçiliyimizin xilası deyil, 15 iyun eyni zamanda Azərbaycanın gələcəyini müəyyənləşdirdi.
Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycandan iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, stabil, inkişaf edən Azərbaycan yaratmışdır.Konfransda çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Fəzail Ağamalıyev, Rəfael Cəbrayılov,Azay Quliyev qeyd etmişlər ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev xalqın ən ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliklə yerinə yetirmişdir.Milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması, ən əsası isə xalqa xidmət missiyasını həyata keçirməsi Ulu Öndərin fəaliyyətində prioritet istiqamət olmuşdur.Natiqlər 15 iyun gününün Azərbaycan xalqının tarixində dönüş anı olduğunu diqqətə çatdırmışlar.
Konfransın işini yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ümummilli Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu gün reallığa çevrilib və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur və Ümummilli Liderə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür.
Qürur hissi ilə söyləmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Ulu Öndərimizin “Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir” arzusu tam reallığa çevrilir.

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun

77 | 87
25 | 30
Mon

77 | 87
25 | 30
Tue

75 | 87
23 | 30
Wed

77 | 87
25 | 30

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün302
mod_vvisit_counterDünən353
mod_vvisit_counterBu həftə2667
mod_vvisit_counterKeçən həftə2667
mod_vvisit_counterBu ay1913
mod_vvisit_counterBu günə kimi cəmi123581

Hazırda burada: 11