Thursday, September 09, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Azərtac və Suraxani Rayon Icra Hakimiyyəti Heydər Əliyev Mərkəzində “15 Iyun – Azərbaycanin dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirmişlər

İyunun 12-də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Suraxanı Rayonu İcra Hakimiyyəti və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun – Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.
Konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüşlər.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində orijinal layihə əsasında inşa edilmişdir. Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin birinci mərtəbəsində ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Buradakı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir. Multimedia studiyasında uşaqlar üçün foto və video kurslar da təşkil olunmuşdur. Bundan başqa, mərkəzin xüsusi internet səhifəsi də yaradılmışdır. Mərkəzin fəaliyyəti ilə tanış olmaq istəyənlər girişdə quraşdırılan elektron informasiya köşkünün xidmətindən istifadə edə bilərlər.
İkinci mərtəbədəki geniş sərgi salonunda Əməkdar Rəssam Rəfael Abbasovun yağlı boya ilə yaratdığı “Ulu öndər” əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin sifarişi əsasında hazırlanmış “Millətin atası” filminə baxmışlar.
Üçüncü mərtəbə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, burada “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı–lektoriya fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra burada keçirilən konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişinin ölkəmizin müstəqillik tarixində oynadığı həlledici roldan danışmışdır. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir.
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, inkişafında ulu öndərin müstəsna xidmətlərini vurğulayan İcra başçısı ümummilli liderin dağılmaqda olan ölkənin iqtisadi və siyasi müstəqilliyini əzmlə təmin etdiyini söyləmişdir.
Qeyd olunmuşdur ki, bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi, siyasi və sosial dayaqlarını möhkəmləndirərək regionun lider dövlətinə çevrilmişdir.
Konfransda çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın Baş direktoru Aslan Aslanov ümummilli lider Heydər Əliyevin xalqının ən ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürən və onu müdrikliklə yerinə yetirən, Vətənini dünyaya tanıdan nadir şəxsiyyətlərdən biri olduğunu söyləmişdir.
Ulu öndərin Azərbaycan dövlətçiliyində xidmətlərini vurğulayan A.Aslanov ölkəmizin tarixinin son 30 ildən artıq bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırlatmışdır. O demişdir ki, Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi vaxt Azərbaycan SSRİ-də ən geridə qalan respublikalardan biri idi. Ulu öndər qısa bir müddətdə Azərbaycanın hərtərəfli inkişafını təmin edə bildi.
A.Aslanov ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafında misilsiz xidmətlərini də nəzərə çarpdırmışdır. Azərbaycan mətbuatının, xüsusilə də Azərbaycan Dövlət Teleqraf Agentliyinin inkişafı da yüksəliş yoluna qədəm qoymuş, respublikamızın əldə etdiyi uğurlarla sıx bağlı olmuşdur. İqtisadiyyatı, sənayesi ildən-ilə görünməmiş sürətlə inkişaf edən, bütünlüklə yenidən qurulan Azərbaycanda mətbuat, xüsusilə də informasiya agentliyi diqqətdən kənarda qala bilməzdi.
Müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan xalqı 1993-cü ilin böhranlı iyun günlərində ulu öndəri təkidlə yenidən siyasi hakimiyyətə gətirəndən sonra Heydər Əliyev ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlət müstəqilliyini qoruyub saxladı, möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Heydər Əliyevin səyləri nəticəsində respublikamızda iqtisadi böhrana son qoyuldu, ölkəmiz dünya birliyində layiqli yer tutmaqla yanaşı, regionun aparıcı dövlətinə çevrildi.
Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir, müstəqil Azərbaycan Respublikası hazırda Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Tədbirdə çıxış edən AzərTAc-ın Baş direktorunun müavini Dağbəyi İsmayılov, agentliyin xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nazim Xidirov, korrektorluq şöbəsinin müdiri Bətul Ayvazlı, xüsusi müxbiri Ətrabə Rzayeva, Suraxanı rayonundakı 226 nömrəli orta məktəbin direktoru Əli Məmmədov Azərbaycanın müstəqillik tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışlar.
Natiqlər məhz ulu öndərin xilaskarlıq missiyası nəticəsində 15 iyun gününün xalqımızın tarixində dönüş anı olduğunu diqqətə çatdırmışlar. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası isə müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur.

Bakı, 12 iyun (AzərTAc). 

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

77°
25°
°F | °C
Mostly Cloudy
Humidity: 100%
Wind: NW at 18 mph
Thu

73 | 80
22 | 26
Fri

71 | 77
21 | 25
Sat

71 | 73
21 | 22
Sun

73 | 78
22 | 25

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün84
mod_vvisit_counterDünən369
mod_vvisit_counterBu həftə1319
mod_vvisit_counterKeçən həftə2796
mod_vvisit_counterBu ay3361
mod_vvisit_counterBu günə kimi cəmi125029

Hazırda burada: 8