05 iyun 2010-cu il tarixdə Bakı Musiqi Akademiyası, Bülbül adına orta ixtisas musiqi məktəbi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabının rayon ictimaiyyətinə təqdimatı keçirilmişdir.
Heydər Əliyev Mərkəzində eksponatlar, studiyalar, elektron kitabxana, foto və elektron sərgi ilə tanış olan tədbir iştirakmçıları Mərkəzin 2–ci mərtəbəsində Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə Mərkəzin sifarişi əsasında hazırlanmış “Əyilməz iradə”, “Xilaskar”, “Millət atası” filmlərinə baxdılar.
Daha sonra mərkəzin Eektron-lektoriya zalında kitabın rayon ictimaiyyətinə təqdimatı oldu.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov qeyd etdi ki, Heydər Əliyev Mərkəzi artıq bir ildən artıq vaxtdır ki, fəaliyyətə başlayıb.Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə elmi-praktiki konfransların təşkil edilməsi, tarixi günlərin qeyd olunması, müxtəlif tədbirlərin keçirilməsi bir ənənə şəklini almışdır.Ötən dövr ərzində Mərkəzdə bir sıra tədbirlər keçirilmiş, Elektron kitabxananın xidmətindən 6000 nəfərə yaxın şagird istifadə etmişdir.Hər gün mərkəzə gələn ziyarətçilərlə yanaşı müəyyən olunmuş cədvələ uyğun olaraq rayonun şagirdləri mərkəzə gəlir və Ulu Öndərin zəngin irsini öyrənirlər.Bu günə qədər ümumilikdə 22 min nəfərə yaxın insan Suraxanı Rayonu Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin zəngin irsi ilə tanış olmuşdur.Mərkəz rayonda ideoloji qərargaha çevrilmışdir.
Ə.Talıbov daha sonra qeyd etmişdir ki, Mərkəz fəaliyyətə başladığı vaxtdan mütəmadi olaraq müxtəlif aparıcı təşkilatlar, müəssisələrlə elmi-praktiki konfranslar, tədbirlər keçirilir.Bu gün də növbəti tədbir Bakı Musiqi Akademiyası və Bülbül adına orta ixtisas musiqi məktəbi ilə reallaşır. “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabı rayon ictimaiyyətinə təqdim edilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz çıxılarındanbirində qeyd etmişdir: “Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var.Nəsrəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu Ağa Bakıxanoun və digər mütəfəkkirlərimizin adları dünya elminə yaxşı tanışdır”.
Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış Bakıxanovlar sülaləsinin tarixi xidmətləri unudulmazdır.Bakıxanovlar sülaləsinin ömür salnaməsinə həsr edilmiş “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabı geniş oxucu kütləsi üçün hərbi, ədəbi və mədəni fikir tariximizin öyrənilməsi işində bələdçi vəzifəsini daşıyacaqdır.
“Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabı 2010-cu ildə “Mütərcim” Tərcumə və nəşriyyat-poliqrafiya mərkəzində çap olunmuşdur.Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, tərtibçiləri filologiya elmləri namizələri Gülzar İbrahim qızı və Hökümə Əliyevadır.
Təqdimat mərasimində çıxış edən Bülbül adına orta ixtisas Nusiqi məktəbinin müəlliməsi Fəridə Bunyatova, Azərbayca Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat myzeyinin baş elmi işçisi, filologiya elmləri namizədi Gülxar İbrahim qızı, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Telman Hacıyev, Xalq şairi Nəriman Həsənzadə, Azərbayca Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat myzeyinin şöbə müdiri, professor Kamil Allahyarov, sənətşünas Ariz Abduləliyev, ”Xalq” qəzetinin əməkdaşı, respublikanın əməkdar jurnalisti İttifaq Mirzəbəyli, Sənətşünaslıq namizədi Hökumə Əliyeva çıxış edərək qeyd etdilər ki, bu gün 216 yaşlı Abbasqulu Ağa Bakıxanov yenə də müasirimizdir.Bakıxanovlar sülaləsi, nəsli haqqında çox danışılıb, çox yazılıb.Bu nəsil Azərbaycanın ictimai-siyasi-mədəni həyatında əhəmiyyətli rol oynamışdır.Bu nəsil tariximizə neçə-neçə ictimai, siyasi, hərbi xadimlər vermişdir.18-ci əsrdə artıq bu nəslin hərb və idarəçilikdə təcrübə və ehtiram qazanmış onlarca nümayəndəsi vardı.19-cu əsr Bakıxanovlar nəslinin parlaq dövrüdür.Nəslin hərb sahəsində şöhrətlənmiş övladlarından ikisi Cəfərqulu Ağa və Abdulla Ağa general rütbəsinə qədər ucalmışdılar.Öz varlığı ilə Azərbaycan ziyalısının yeni tipini təmsil edən, Şərqi şərqli kimi dərindən bilib və duyaraq avropalı kimi araşdırıb təqdim etməyə qadir A.A.Bakıxanov soyadın taleyində ən həlledici simalardandır.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Şöhrət ordenli, iki dəfə “Abasqulu Ağa Bakıxanov” adına mükafatın, “Humay” mukafatının laureatı, korifey bəstəkar, Bakıxanovlar nəslinin nümayəndəsi Tofiq Bakıxanov çıxış etmişdir.Tədbirin sonunda bədii hissədə musiqi nömrələri səslənmişdir.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER




COUNTER






![]() | Bu gün | 308 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2673 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1919 |
![]() | Bu günə kimi cəmi | 123587 |








