There are no translations available.
Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Suraxanı rayonunda keçirilən silsilə tədbirlərin yekunu olaraq 1 iyun tarixdə Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü.Tədbirə 2 saylı Uşaq Evində, 7 saylı Əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəbində, Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyində tərbiyə alan uşaqlar, aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və kiçik yaşlı məktəblilər dəvət olunmuşdu.
Musiqili fəvvarələr quraşdırılmış medana toplaşan çoxsaylı uşaqları və bayram şənliyində iştirak edən iştirakçı uşaqları salamlayan aparıcılar “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə uşaqları təbrik etdilər, ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını xüsusi vurğuladılar.
Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivləri, həmin mədəniyyət saraylarında dərnəklərdə məşğul olan uşaqlar, 2 saylı Uşaq Evində və Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyində tərbiyə alan uşaqlar, uşaq bağçalarının uşaqları fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış etdilər.Uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu və qaliblər mükafatlandırıldı.
Mindən çox uşağın iştirak etdiyi şənlik uşaqların sevinci ilə qarşılandı.Bayram şənliyində rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayonun məsul işçiləri iştirak edirdilər.Tədbirin sonunda “McDonalds” şirkətinin uşaqlara göndərdiyi yeməklər onlara paylanıldı.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 301 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2666 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1912 |
![]() | Bu günə kimi cəmi | 123580 |
Hazırda burada: 10








