Thursday, September 09, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

28 May - Respublika günü qeyd edildi

Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibəti iləı silsilə tədbirlər keçirilmişdir.Təsdiq olunmuş Tədbirlər planına müvafiq olaraq rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmişdir.Sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
Dəyirmi masalarda çıxış edənlər qeyd etmişlər ki, 1918-ci ildə Şərqdə - müsəlman aləmində ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikası yaranmışdır.Xalq Cümuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində ölkənin inkişafı üçün bir sıra işlər görmüşdür.Lakin ermənilərin Bakıda , respublikanın digər ərazilərində törətdiyi qırğınlar, bolşeviklərin Bakı neftini ələ keçirmək, Azərbaycanı özünə birləşdirmək üçün hərbi əməliyyatlara başlaması ADR-in qarşısına həlli müşkül problemlər çıxarmış və nəticədə 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Demokratik Respublikasının hökuməti öz səlahiyyətlərinə xitam vermişdir.
Sovet hakimiyyətinin süqutu ilə 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə gəlmiş, ermənilərin Azərbaycan torpaqlarının iyirmi faizini  işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın-məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.Ölkənin belə ağır vəziyyətdən xilasının yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtmasında görən həmvətənlərimiz onu təkidlə Bakıya dəvət etmiş, milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunması, ölkədə sabitlik, əmin-amanlıq yaranması, iqtisadiyyatın inkişafı təmin təmin etmişdir.
Keçirilən tədbirlərdə xüsusi vurğulanmışdır ki, Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində yeni mərhələ başlanmışdır.Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan güclü ordusu yaradılmış, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması təmin edilmiş, Azərbaycan iqtisadi inkişafın artımına görə dünyada ön sıraya çıxmışdır.
Respublika günü münasibəti ilə rayon ərazisində yerləşən  təhsil müəssisəsində təhsil alan şagirdlərdən ən yaxşı oxuyan və ictimai işlərdə fəal iştirak edənlərdən bir qrupu ilə 27 may tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində görüş keçirilmişdir. Onlar Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu,Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı foto şəkillərə baxmış, xüsusi fərdi səs sistemi ilə təchiz edilmiş elektron auditoriyalarda “Əyilməz iradə”, “Xilaskar” və “Millət atası” filmlərini seyr etmişlər.
28 may tarixdə isə Yeni Suraxanı, Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Hövsan qəsəbələrində Respublika günü münasibəti ilə  bayram konsertləri təşkil olunmuşdur.”28 May – Respublika Günü” rayonda keçirilən silsilə tədbirlərlə yada qalmışdır.  

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

77°
25°
°F | °C
Mostly Cloudy
Humidity: 100%
Wind: NW at 18 mph
Thu

73 | 80
22 | 26
Fri

71 | 77
21 | 25
Sat

71 | 73
21 | 22
Sun

73 | 78
22 | 25

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün85
mod_vvisit_counterDünən369
mod_vvisit_counterBu həftə1320
mod_vvisit_counterKeçən həftə2796
mod_vvisit_counterBu ay3362
mod_vvisit_counterBu günə kimi cəmi125030

Hazırda burada: 8