Heydər Əliyev parkında toplaşan rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, rayon ərazisində yerləşən təhsil, sənaye, səhiyyə və digər müəssisələrin kolletivləri, rayon ictimaiyyətinin 3000 nəfərdən yuxarı nümayəndəsi Ulu Öndərin Heydər Əliyev mərkəzinin qarşısında ucalan abidəsini cərgə ilə ziyarət etdilər və heykəlin önünə tər güllər qoydular.
Sonra rayon ictimaiyyətinin bir qrupunun iştirakı ilə “Anım günü” Heydər Əliyev mərkəzində davam etdirildi. Üzərində Ulu Öndərin əksi və”Anım günü” yazılmış döş nişanı taxan iştirakçılar mərkəzlə tanış oldular.Mərkəzin bələdçisi bidirdi ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi “Heydər Əliyev parkı”nın ən gözəl guşəsində, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının sağ tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır. Mərkəz 3 mərtəbədən ibarətdir və hər mərtəbənin sahəsi 400 kvadrat metrə bərabərdir. Mərkəzin ekspanatları ilə tanış olmaq üçün 1-ci mərtəbədən elektron informasiya köşkü fəaliyyət göstərirMərkəzin 1-ci mərtəbəsində Ulu Öndərimizin Suraxanı rayonuna gəlişlərini əks etdirən foto görüntülər yerləşdirilmişdir. Ulu Öndərimiz 1970-84 cü illərdə və Azərbaycan Müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələndən sonra dəfələrlə Suraxanı rayonunda olmuşdur. 1994-cü ildə Suraxanı rayonunda neftin sənaye üsulu ilə istehsalına 90 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir. 1997-ci ildə Suraxanı rayonunda yerləşən “Neftçi” İdman –Sağlamliq Mərkəzinin 60 illiyinə və Mərkəzin Olimpiya qurğusunun açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir. 1998-ci ildə şair Tofiq Bayramın büstünün açılışında, 1999-cu ildə Yeni Suraxanıda tikilmiş müxtəlif sosial obyektlərin açılışında, 2002-ci ildə 275 saylı orta ümumtəhsil məktəbində “Bilik günü”ndə iştirak etmişdir.
Bələdçi məlumat verdi ki, Mərkəzin 1-ci mərtəbəsində həmçinin multimedia studiyası, rəsm studiyası və elektron kitabxana fəaliyyət göstərir.Heydər Əliyev mərkəzində fəaliyyət göstərən tədqiqat qrupu Ulu Öndərin Suraxanı rayonuna gəlişi ilə bağlı materiallar toplayırlar və həmin materiallar multimedia studyasında işlənərək, mərkəzin ekspanatlarının zənginləşməsində istifadə olunur.Mərkəzin 2-ci mərtəbəsinin baş divarında “Ulu Öndər” əsəri yerləşdirilmişdir. 2-ci mərtəbədə həmçinin mərkəzi ziyarətə gəlmiş qonaqların, məktəblilərin, tələbələrin Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.Burada Ulu Öndərin şəkilləri mövzular üzrə yerləşdirilmişdir.3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir. 3-cü mərtəbədə həmçinin müasir texnoloji avadanlıqlarla təchiz olunmuş audio, video sistemlə müşayiət olunan konfrans zalı - lektoriya fəaliyyət göstərir.Tədbir iştirakçıları elektron auditoriyalarda mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz İradə”, “Xilaskar” və “Millət atası” filmlərinə baxdılar.Mərkəzlə tanışlıqdan sonra 3 mərtəbədə elektron lektoriya zalında ədəbi-bədii kompazisiyaya göstərildi. Ekranda Ulu Öndərin həyatının müxtəlif anlarını əks etdirən video görüntülər verildi, Xalq artistləri Nürəddin Mehdixanlının, Laləzar Mustafayevanın, Əməkdar artist Məsməxanım Aslanqızının, artist Fidan Axundovanın ifasında monoloqlar söylənildi.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER




COUNTER






![]() | Bu gün | 85 |
![]() | Dünən | 369 |
![]() | Bu həftə | 1320 |
![]() | Keçən həftə | 2796 |
![]() | Bu ay | 3362 |
![]() | Bu günə kimi cəmi | 125030 |








