Sunday, September 05, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Suraxanı rayonunda idmanın inkişafı

There are no translations available.

Suraxanı rayonunda idmanın inkişafı

Rayon əhalisinin 47200 nəfərini gənclər təşkil edir(14-29 yaş). Rayonun ərazisində 18 saylı Uşaq, Gənclər idman məktəbi, «Neftçi» İSM, 19 klub və federasiyanın nümayəndələri fəaliyyət göstərir (Bax cədvələ).
Suraxanı rayonunda yerləşən müəssisə və təşkilatlarda  müxtəlif səpkili tədbirlər keçirilir, Rayon gənclər və idman idarəsi bədən tərbiyəsi kollektivləri, idman klubları və ictimai təşkilatlarla əlaqəli şəkildə əməkdaşlıq edir. Rayon ərazisində 55 idman qurğusu, 4 stadion, 3 aerobika zalı, 6 trenajor zalı yerləşir.  Hal-hazırda 7331 nəfər yeniyetmə və gənc idmanla məşğul olur. Onlardan 353 nəfəri beynəlxalq yarışların qalibi, 342 nəfəri idman ustalığına namizəddir.
 Suraxanı rayon 18 saylı Uşaq Gənclər İdman Məktəbi  20 ildən artıqdır ki, fəaliyyət göstərir. Məktəbdə üç idman növü: voleybol, basketbol, stolüstü tennis üzrə  idmançılar məşğul olurlar. Məktəbdə üç stolüstü tennis zalı var. Voleybol və basketbol məşqləri  Suraxanı rayonunun ümumtəhsil orta məktəblərinin idman zallarında  keçirilir.
 Məktəbdə 30 məşqçi-müəllim çalışır ki, onlardan 14-ü əsas işçi, 16-sı isə  orta məktblərdə  çalışan fiziki tərbiyə müəllimləridir. UGİM-də çalışan məşqçi-müəllimlərin əksəriyyəti idman ustaları, beynəlxalq yarışlarda  uğurlu nəticələr  əldə etmiş idmançılardır. Onların əməyi sayəsində məktəbin idmançıları  Respublika birinciliklərində və Bakı şəhəri üzrə  keçirilən çempionatlarda  iştirak edirlər və layiqli yerlər qazanırlar. Bunlardan voleybol və stolüstü  tennis bölməsinin  nəticələrini xüsusi qeyd etmək olar.
 Uşaq Gənclər İdman Məktəbinin əsas məqsədi fiziki cəhətdən hərtərəfli inkişaf etmiş  mənəvi keyfiyyətli idmançılar hazırlamaq, ayrı-ayrı idman növləri üzrə ixtisaslı idmançılar yetişdirmək və  idman hakimləri hazırlamaqdır. Hal-hazırda məktəbdə 560 şagird məşğuldur, onlardan 115-i qızdır.
 İdman və bədən tərbiyəsi Suraxanı gənclərinin sevimli məşğələsidir. 1952-ci ildə tikilmiş 6000 nəfərlik stadionda, «Neftçi» idman və sağlamlıq mərkəzində,  müxtəlif idman qurğularında hər gün  yüzlərlə gənc idmançı idmanın müxtəlif növləri ilə  məşğul olur.
 Suraxanı rayonu həmişə özünün məşhur idmançıları ilə fəxr etmişdir. Dəfələrlə SSRİ çempionu, yüngül atletika üzrə dünya və Avropa çempionu Ələsgərova Ziba 1964-cü ildə Olimpiya oyunlarının mükafatçısı olmuşdur. Hal-hazırda o, fizika-riyaziyyat elmləri namizədi, dosentdir.
 Sideifzadə Fikrət şahmat üzrə idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli yığma komandasının baş məşqçisidir.
 Zeynalov Baba – Yüngül atletika üzrə əməkdar məşqçi, «Neftçi» idman-sağlamlıq mərkəzinin direktorudur.
 Nəzərov Zahid – 1997-ci ildə Avropa birinciliyinin gümüş mükafatçısı, 1998-ci ildə Ağır Atletika üzrə Avropa  kubokunun sahibi, Ağır Atletika  Federasiyasının vitse-prezidenti, baş məşqçisidir.
 Xəlilov Tərlan – 2004-2007-ci illərdə  futbol üzrə Olimpiya yığma komandasının üzvü, Dünya və Avropa birinciliyinin iştirakçısıdır.
 Bayramov Rövşən – 2005-ci ildə  yunan-roma güləşi üzrə  dünya çempionu olmuş,  2006-cı  ildə Azərbaycanın ən güclü idmançısı seçilmişdir.
 Şərifov Hicran – Azərbaycanınn əməkdar məşqçisi, yunan-roma güləşi üzrə beynəlxalq yarışların qalibi, Beynəlxalq dərəcəli hakim,  2006-cı ildə Azərbaycanın 1№-li hakimi seçilmişdir.
 Vahabov Mirrəhim - Azərbaycanın «Əməkdar bədən tərbiyəsi işçisi», idman ustası, respublikanın əməkdar məşqçisi, ümumittifaq dərəcəli hakimdir.
 Bayramov Əfqan - 1999-cu ildə yeniyetmələrin yarışlarında  iki dəfə Azərbaycan çempionu adını qazanmış və idman ustası adına layiq görülmüşdür. 2002-ci ildə Dünya çempionatının mükafatçısı olmuşdur. Respublikanın ağır atletika üzrə yığma komandasının üzvüdür. 25 diplom və fəxri fərmanlarla təltif olunub.
 Məmmədov Abbas - Beynəlxalq dərəcəli idman ustası, 1966-cı ildə yeniyetmələr arasında respublika çempionu olmuşdur. Respublika Olimpiya Komitəsinin Veteranlar Şurasının üzvüdür.
 Müzəffərov Əliqulu - dəfələrlə «Neftçi» idman cəmiyyətinin çempionu, Respublika çempionu, SSRİ birinciliklərinin mükafatçısı olmuşdur. SSRİ-nin idman ustasıdır. 1980-cı ildə Azərbaycan SSR-nin əməkdar məşqçisi adına layiq görülmüşdür.


Suraxanı rayon Gənclər və İdman İdarəsi: AZ-1042 Bakı ş., Suraxanı rayonu,  Əmircan qəsəbəsi III mədən küçəsində yerləşən Uşaq, Gənclər İdman məktəbinin inzibati binanın II mərtəbəsində fəaliyyət göstərir. Tel.452-62-28

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun

77 | 87
25 | 30
Mon

77 | 87
25 | 30
Tue

75 | 87
23 | 30
Wed

77 | 87
25 | 30

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün309
mod_vvisit_counterDünən353
mod_vvisit_counterBu həftə2674
mod_vvisit_counterKeçən həftə2667
mod_vvisit_counterBu ay1920
mod_vvisit_counterBu günə kimi cəmi123588

Hazırda burada: 13