Untitled Document
№ | Mədəniyyət sarayları və evləri haqqında məlumat | Ünvanı | Oturacaq-ların sayı | Balanssaxlayıcı təşkilat |
| 1 | Qurban Abbasov adına Mədəniyyət sarayı , 1938-ci ildə tikilib | Qaraçuxur qəsəbəs | 287 | ARDNŞ-in Sosialİnkişaf İdarəsi |
| 2 | Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı, 1926-ci ildə tikilib, 1932-ci ildən fəaliyyətə başlayıb | Əmircan qəsəbəsi | 620 | ARDNŞ-in Sosial İnkişaf İdarəsi |
| 3 | Hövsan Mədəniyyət evi 1967-ci ildə tikilib | Hövsan qəsəbəsi | 470 | Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsi (Keçmiş "Nord" EİB) |
| 4 | Mirzəağa Əliyev adına Mədəniyyət evi1940-cı ildə tikilib | Hövsan qəsəbəsi | 180 | Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi |
| 5 | 8 Mart adına Mədəniyyət evi 1950-ci ildə tikilib | Yeni Suraxanı qəsəbəsi | 200 | Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi |
| 6 | Zığ Mədəniyyət evi 1960-cı ildə tkilib | Zığ qəsəbəsi | 200 | Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi |
| 7 | Meşədi Əzizbəyov adına Mədəniyyət evi 1962-cı ildə tikilib | Əmircan qəsəbəsi | 200 | Bakı şəhər Mədəniyyətvə Turizm İdarəsi |
| 8 | Mirzə Ələkbər Sabir adına Mədəniyyət evi 1924-cü ildə tikilib | Bülbülə qəsəbəsi | 250 | Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi |
Rayon ərazisində 3 Mədəniyyət sarayı, 5 mədəniyyət evi fəaliyyət
göstərir. Mədəniyyət ocaqlarının nəzdində isə rayon sakinləri üçün 7
kütləvi kitabxana fəaliyyət göstərir.
«Qurban Abbasov» adına Mədəniyyət sarayı 1938-ci ildən fəaliyyət göstərir. Mədəniyyət sarayı bölmə vahidi kimi fəaliyyət göstərən 1-ci dərəcəli mədəni-maarif müəssisəsidir.
Mədəniyyət sarayının nəzdində «Gülnarə» Milli rəqs qrupu, «Atəşgah» instrumental ansamblı və 180-200 nəfərin məşğul olduğu musiqi kursları fəaliyyət göstərir.
Mədəniyyət sarayındakı kitabxananın kitab fondu 12000 nüsxədən ibarətdir. . Oxucuların ümumi sayı 1250 nəfərdir.
Hal-hazırda Mədəniyyət sarayında təmir işlərinin aparılmasına başlanılmışdır.
S.Bəhlulzadə adına Mədəniyyət sarayının bünövrəsi 1926-cı ildə qoyulmuş və 1932-ci ildən fəaliyyət göstərir.
Üç mərtəbədən ibarət olan Mədəniyyət sarayı 7733.1 kv.metr sahəni əhatə edir. Birinci mərtəbədə kino və ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş 2 zal yerləşir. Sarayın ikinci mərtəbəsində 39800 nüsxədən ibarət kitab fondu və ümumi fondu 52608 nüsxədən ibarət uşaq kitabxanası, dərnək otaqları yerləşir. Üçüncü mərtəbə isə rəssamlıq emalatxanasından ibarətdir. Kitab fondunun oxucularının ümumi sayı 3000 nəfər, uşaq kitabxanasının oxucularının ümumi sayı isə 3300 nəfərdir.
Mədəniyyət sarayı 2006-cı ilin may ayından etibarən ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin balansına keçirilmişdir. Elə həmin ilin iyun ayından etibarən müəssisənin ərazisi hasara alınmış və dam örtüyü təmir olunmuşdur.
Mədəniyyət sarayının nəzdində «Vətən»xalq çalğı alətləri ansamblı, «Abşeron ritmləri» nağaraçalanlar ansamblı, «Şənlik», «Ayna» və «İgidlər» rəqs ansamblları, həmçinin «Çinar» idman bal rəqsləri studiyası fəaliyyət göstərir.
Hövsan Mədəniyyət sarayı 1967-ci ildən fəaliyyət göstərir.
Mədəniyyət sarayında bu vaxta qədər təmir işləri aparılmamışdır. Binanın əsaslı təmirə ehtiyajı vardır.
Mirzəağa Əliyev adına Hövsan Mədəniyyət evi 1940-cı ildən fəaliyyət göstərir.
1989-cu ildən Mədəniyyət evi statusu verilib. Həmin ildən SSRİ xalq artisti M.Əliyevin adını daşıyır.
Mədəniyyət evinin binası istifadəyə yararlıdır. Lakin müasir dövrün tələblərinə cavab vermədiyi üçün əsaslı təmirə ehtiyacı var. Mədəniyyət evinin qarşısındakı M.Əliyevin büstü yarasız hala düşdüyü üçün bərpası vacibdir.
Hövsan qəsəbə nümayəndəliyinin nəzdində kütləvi kitabxana fəaliyyət göstərir. Kitabxana 203 saylı uşaq bağçasına məxsus binada kommunal şəraiti olmayan darısqal otaqda yerləşir. Kitabxanada kitabların ümumi sayı 13263 ədəddir. 1140 ədədi latın qrafikalıdır. 950 ədədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hədiyyə olunmuşdur.
Müasir dövrün tələblərinə cavab verən yeni kitabxana binasının tikintisi məqsədəuyğun olardı.
«8 Mart» adına Yeni Suraxanı mədəniyyət evi 1950-ci ildən fəaliyyət göstərir.
Mədəniyyət evinin 200 nəfərlik tamaşa zalı var. Mədəniyyət evinin ümumi sahəsi 600 kv.m-dir. Mədəniyyət evində bir sıra özfəaliyyət dərnəkləri fəaliyyət göstərir.
Binanın əsaslı təmirə ehtiyacı var. Maddi-texniki bazasının təzələnməsi lazımdır.
Mədəniyyət evinin nəzdində kütləvi kitabxana yerləşir. Kitabxananın ümumi sahəsi 100 kv.m-dir. Kitabların ümumi sayı 37870 ədəd, onlardan 1368 ədədi latın qrafikalı kitablardır. Oxucuların ümumi sayı 2585 nəfərdir. Kitabxananın əsaslı təmirə ehtiyacı var.
Zığ Mədəniyyət evi 1960-cı ildən fəaliyyət göstərir.
Mədəniyyət evinin sahəsi 450 kv.m-dir.Əsaslı təmirə ehtiyacı var. Mədəniyyət evinin sanitar qovşağının təmir olunmasına və su ilə təchizatına ehtiyac var. Artıq sahə olduğu üçün layihədə dəyişiklik edib mətbəx artırmaq olardı.
Zığ Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Nizami adına kütləvi kitabxanasının sahəsi 23 kv.m-dir,1100 nəfər oxucusu var. Kitabların ümumi sayı 11877 nüsxədir, 1240 nüsxə latın qrafikalı kitab Azərbaycan Respublikasının Prezidenti, 79 nüsxəsi isə Axundov adına Kitabxana tərəfindən hədiyyə edilmişdir. Kitabxananın əsaslı təmirə ehtiyacı var. Kitabxanada poeziya və musiqi dərnəkləri fəaliyyət göstərir.
Meşədi Əzizbəyov adına Əmircan Mədəniyyət evi 1962-ci ildən fəaliyyət göstərir.
Hal-hazırda Mədəniyyət evinin nəzdində «Xilə» instrumental ansamblı, meyxana studiyası və bədii qiraət zalı fəaliyyət göstərir. Mədəniyyət evinin əsaslı təmirə ehtiyacı var.
A.Bakıxanov adına kütləvi kitabxana 1926-cı ildən fəaliyyət göstərir. Ümumi sahəsi 80 kv.m., 25517 ədəd kitabı vardır. 2006-cı il ərzində 488 ədəd yeni kitab alınmışdır. Oxucularının ümumi sayı 1500 nəfərdir. Əsaslı təmirə ehtiyacı var. Dam örtüyü yarasız haldadır. Tavanın bəzi hissələri də uçmuşdur. Kitabxananın qapısının dəyişilməsinə ehtiyac vardır.
Mirzə Ələkbər Sabir adına Bülbülə Mədəniyyət evi 1992-ci ildən fəaliyyət göstərir. 1924-cü ildən dövlət qeydiyyatında, 1937-ci ildən isə satira ustadımız M.Ə.Sabirin adını daşıyır.
Hal-hazırda müəsisənin nəzdində Muğam üçlüyü, Kukla teatrı, «Gəlin düşünək» gənclər klubu fəaliyyət göstərir.
Mədəniyyət evində fəaliyyət göstərdiyi dövr ərzində əsaslı təmir işləri görülməmiş, ancaq cari təmir işləri görülmüşdür. Bəzi otaqlar arasındakı arakəsmələr götürülsə tamaşa zalındakı oturacaqların sayını 250-dən 350-ə qaldırmaq olar. Hal-hazırda binada cari təmir işləri aparılır.
Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Ü.Hacıbəyov adına kütləvi kitabxana 1930-cu ildən fəaliyyətdədir. 1978-ci ildən sahəsi 135 kv.m. olan 2 mərtəbəli binaya köçmüşdür. Hal-hazırda kitabxananın fondu 27908 ədəddir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2005-ci ildə 213 adda 1140 kitab hədiyyə verilmişdir. 2006-cı ildə isə fonda əlavə 315 ədəd kitab daxil olmuşdur.
Kitabxananın əsaslı təmirə, elektrik xətlərinin və dam örtüyünün dəyişdirilməsinə ehtiyac var.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER




COUNTER






![]() | Bu gün | 320 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2685 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1931 |
![]() | Bu günə kimi cəmi | 123599 |








