There are no translations available.
Zığ qəsəbəsi
Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığ kəndinin əhalisi qədim Zığ qəbiləsindəndir və miladın 2-ci əsrindən məlumdur.
Zığ qəbiləsi Kiçik Qafqaz dağlarının ətəklərində 7-8-ci əsrə məlum olmuşdur.
Zığ qəbiləsi Alan masketlərindəndir. Alan-dağlı deməkdr. Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir. Yafəs Nuh Peyğənbərin oğludur.
Abbasqulu Ağa Bakıxanov
"Gülüstani İrəm" kitabı
Zığ kəndinin ərazisində 7-ci əsrə təsadüf edilən "Əli qədəmgahı" piri mövcuddur. Hal-hazırda müqəddəs ziyarətgah kimi fəaliyyət göstərir. Əli nədəmgahı dini qurum kimi rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda dini rəhbəri Miraslan Ağadır.
Zığ kəndində İslam məscidi mövcuddur ki, bu da qədim tarixi abidədir. İslam məscidi rəsmi dövlət qeydiyyatından keçişdir və dini qəhbəri Hacı Xanlardır.
Tarixi abidələr sırasında "Ovdan" bulağı var ki, bu da 17-ci əsrə aiddir. "Ovdan" bulağı Zığ kəndinin mərkəzində yerləşir. Əhalisinin əksəriyyəti həmin bulağın suyundan istifadə edir.
Zığ kəndinin qərbində qədim türbələr mövcuddur və tarixi 15-ci əsrə aiddir. Kəndin ərazisində Zığ yolu mövcuddur.
Zığ kəndi 1936-cı ildən 350 təsərrüfatdan ibarət olub və həmin ildən şəhər tipli qəsəbə statusu verilib.
Zığ qəsəbəsi müxtəlif illərdə inkişaf edərək əhalisinin sayı və ərazisi artmışdır. Hal-hazırda Zığ qəsəbəsində 4 ota məktəb, 2 ambulatoriya, 3 poçt, 1 ATS, 2 uşaq bağçası, 1 Vərəm Əleyhinə Dispanser fəaliyyət göstərir.
Zığ Bələdiyyəsi və rayon İcra hakimiyyəti başçısının Zığ qəsəbə nümayəndəliyi fəaliyyət göstərir. Zığ qəsəbəsinin ərazisi təxminən 1000 ha təşkil edir. Zığ qəsəbəsinin ərazisində bin neçə yaşayış sahələri mövcuddur. Bunlardan: Suraxanı-Hövsan yolunan sağ tərəfində yerləşən şərti olaraq adlandırılan "Dədə Qorqud" yaşayış sahəsi, "bahar" bağ massivi, zığ bağları massivi, "Qum adası" bağ evləri massivi Zığ qəsəbəsinin ərazisində yerləşir. Zığ qəsəbəsini şimalından Suraxanı və Yenit Günəşli massivi ilə, qərbdən Xətai rayonu ilə, cənubdan Xəzər dənizi ilə, şərqən isə Hövsan qəsəbəsi ilə həmsərhəddir.
Zığ qəsəbəsinin ərazisində bir neçə müəssisələr yerlşir:
"Xəzərdənizneftyağ" trestiin inşaat mexanikləşdirmə idarəsi – tel.: 472-51-47
6 saylı Yük avtonəqliyyat müəssisəsi – Tel.: 478-94-06
"Sərnişinnəqliyyat" 2 saylı Avtodəstə – Tel.: 478-94-07
"Sərnişinservis" 3 saylı Avtonəqliyyat müəssisəsi – Tel.: 478-92-00
Hal-hazırda Zığ qəsəbəsinin ərazisindən Dövlət əhəmiyyətli Zığ-Qala yolu keçir.
Zığ qəsəbəsinin əhalisi təxminən 15000 nəfərdir.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
77°
25°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 321 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2686 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1932 |
![]() | Bu günə kimi cəmi | 123600 |
Hazırda burada: 11








