Yeni Suraxanı qəsəbəsi
Yeni Suraxanı qəsəbəsi rayonunun qəsəbələri arasında demək olar ki, gənc qəsəbədir. Bu qəsəbə 1930-1936-cı illərdə salınıb. 1936-cı ildə Kirov qəsəbəsi adı ilə qəsəbə statusu alıb və Bakı şəhərinin inzibati ərazisinə daxil edilib. 1992-ci ildən Yeni Suraxanı qəsəbəsi adlandırılıb.
Yeni Suraxanı qəsəbəsi ərazisində rəsmi məlumata əsasən 15300 nəfər, qeyri rəsmi məlumata görə 16500 nəfər əhali yaşayır. Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbəsi, eləcə də Əzizbəyov rayonunun Binə qəsəbəsi ilə həmsərhəddir. İnzibati ərazisinin təxmini 61 %-i qeyri-yaşayış sahələrinin payına düşür.
Qəsəbədə 3 ümumtəhsil orta məktəb (85, 89 və 101 saylı ), Qubadlı rayonundan məcburi köçkünlər üçün məktəb, 69 saylı uşaq bağçası, «Göyərçin» körpələr evi, 1 kütləvi kitabxana (18500 kitab fondu) , "8 Mart" adına Mədəniyyət Evi, 12 saylı birləşmiş şəhər xəstəxanası, 1 poçt məntəqəsi, 58 saylı ATS, 2 qaz istismar sahəsi, Heydər məscidi, 1 mədrəsə, 2 istirahət parkı, 1941-1945-ci illərdə həlak olmuş müharibə veteranlarının və 20 Yanvar şəhidlərinin xatirə abidələri vardır.
İlk tarixi mənbələrdə Suraxanı haqda məlumatlardan eramızdan əvvəl V-VI minilliklərdə bu ərazidən suiti dərisindən hazırlanmış tuluqtorbada yanan mayenin Misir fironlarının saraylarına aparılması və orada işıqlanma məqsədi ilə istifadə olunması məlumdur (Çin, Yunan və Misir mənbələrində məlumat verilir). Eramızdan əvvəl I-minillikdə yunan tarixçisi Strabon öz əsərlərində bu ərazidə neftin çıxdığını əks etdirmişdir.
Tarixi mənbələrdən məlum olur ki, hələ qədim zamanlardan Suraxanı torpağından alov çıxırmış. Qazla yanaşı, bu yerləri ağ neftin vətəni kimi də tanıyırlar. Ağ neft adi neftin ən yüksək, ən təmiz növüdür. Qocaman neftçilər belə danışırlar ki, 1947-ci ildə, konservasiyadan çıxarılmış bir neçə neft buruğundan çəkilən nefti əlavə emal etmədən bir başa tank baklarına doldururmuşlar.
Qəsəbənin tanınmış şəxsləri
Alxazov Tofiq Həsən oğlu 1932-ci il sentyabrın 27-də anadan olmuşdur. 1950-1955-ci ildə Azərbaycan Sənaye İnstitunda oxumuş, 1960-cı ildə elmlər namizədi, 1969-cu ildə elmlər doktoru, 1970-ci ildə professor adını almış,1989-cu ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1994-cü ildən Beynəlxalq Eko Akademiyasının həqiqi üzvüdür. Professor Alxazov Tofiq Həsən oğlu monoqrafiya, 8 dərsliyin, 403 elmi əsərin müəllifidir. 4 elmlər doktoru və 40 elmlər namizədi hazırlamışdır. 1970-1988-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının elmi işlər üzrə prorektoru olmuşdur. Professor T.Alxazov Respublikanın fəxri kimyaçısı adına layiq görülmüşdür. Hal-hazırda ABŞ-nin Los-Anjeles şəhərində yaşayır.
Babayev Arif Eyvaz oğlu 1937-ci il may ayının 25-də anadan olmuşdur. "Suraxanı maşınqayırma zavodu" TASC-nin idarə heyyətinin sədridir. Uzun müddət ərzində bu zavodda müxtəlif vəzifələrdə işlədikdən sonra zavoda rəhbərlik etmiş, zavodun iqtisadi tənəzzülünün qarşısını ala bilmiş, bacarıqlı rəhbər kimi özünü tanıtmışdır.
Zavod işçilərinə, şəhid ailələrinə hərtərəfli yardım göstərir. İnsan kimi mədəni, mehriban, adamlara qarşı hörmətlidir. Qəsəbədə Heydər Əliyev adına məscidinin inşasında Arif Babayevin böyük zəhməti var. Azərbaycan Respublikası Prezidentinin 24 may 2007-ci il tarixli sərəncamı ilə Arif Babayev "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Babayev Əli Məşədi oğlu 1924-cü il yanvarın 10-da fəhlə ailəsində anadan olmuşdur. Babayev Əli ailəsi ilə 1931-ci ildə Yeni Suraxanı qəsəbəsinə köçmüş və həmin il 101 saylı məktəbdə təhsil almağa başlamışdır.1941-ci ildə məktəbi əla qiymətlərlə bitirmiş və öz xahişi ilə Sovet Ordusu sıralarına yazılmışdır.1945-ci ilin aprel ayında Berlin uğrunda vuruşlarda o ağır yaralanmış, bir neçə ay müalicədən sonra doğma vətəninə dönmüşdür. Müharibə illərində o, dəfələrlə müxtəlif orden və medallarla tərtif edilmişdir.1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və həmin ildə 101 saylı məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır.1953-cü ildə ali təhsilini başa vuran Babayev Əli sonra məktəb müdiri kimi fəaliyyət göstərmişdir. 1960-cı illərdə Suraxanı Rayon Maarif Şöbəsinin müdiri işləmişdir.
Əcəmov Keykavus Yusif oğlu 14 avqust 1941-ci ildə anadan olmuşdur.1949-1959-cu illərdə 101 saylı orta məktəbdə oxumuş və 1959-1965-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun tələbəsi olmuşdur. 1965-1968-ci illərdə aspirant, 1968-ci ildə assistent,1972-ci ildə dosent, 1985-ci ildən professor işləyir. 1969-cu ildə elmlər namizədi, 1982-ci ildən kimya elmləri doktorudur. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. 2000-ci ildə "Əməkdar müəllim" fəxri ada layiq görülmüşdür.
Professor K.Y.Əcəmovun elmi və pedaqoji fəaliyyəti 25 monoqrafiya, dərslik və 340 elmi əsərdə, o cümlədən 45 patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 5 elmlər doktoru, 35 elmlər namizədi hazırlanmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının kimya üzrə ekspert Şurasının üzvüdür.
Əsgərov Məmmədəli Səlimxan oğlu 1921-ci il dekabrın 18-də buruq ustası ailəsində anadan olmuşdur. Suraxanıda orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsində (1940-1943), eyni zamanda ADU-nun filologiya fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə nitq kafedrasının dosenti işləmiş, 1991-ci ildə vəfat etmişdir.
Məmmədov Əmi Ağa oğlu 1922-ci ildə anadan olmuşdur. Məktəbi bitirdikdən sonra çilingər, sonra da «Əzizbəyovneft»in nəqliyyat kontorunda sürücü işləmişdir. 1944-cü ildə Qara dənizçilərin Nikolayevsk desantı tərkibində vuruşlar zamanı həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanıdır. Hal-hazırda Yeni Suraxanı qəsəbəsində yerləşən 101 saylı məktəb onun adını daşayır.
Quliyev Qorxmaz Həzi oğlu 1941-ci ildə anadan olmuşdur. 1960-cı ildə qəsəbədəki 101 saylı məktəbi bitirmiş və M.F.Axundov adına Pedaqoji Dillər İnstitutuna daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra ali məktəbdə müəllim işləmişdir. 1972-1976-cı illərdə Əlcəzairdə tərcüməçi vəzifəsində çalışmışdır. Xarici ölkədən qayıtdıqdan sonra Azərbaycan Xarici Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, kafedra müdiri, elmi işlər və tədris işləri üzrə prorektor vəzifəsində çalışmış, 1993-2000-ci illərdə isə institutun rektoru olmuş, hal-hazırda Ali Diplomatiya Kollecində kafedra müdiridir.
Ağaxan Salmanlı 29.10.1941-ci ildə anadan olmuş, "Əməkdar atrist" adına layiq görülmüşdür.
Bəylər Aygün Aydın qızı 21.08.1975-ci ildə anadan olmuş, "Əməkdar artist" adına layiq görülmüşdür.
Tanınmış idmançılar
Bayramov Əfqan Şahin oğlu -1983-cü ildə anadan olmuş, 1999 ildə 89 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə yeniyetmələrin yarışlarında iki dəfə Azərbaycan çempionu adını qazanmış və idman ustası adına layiq görülmüşdür. 2002-ci ildə Dünya çempionatının mükafatçısı olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına işə qəbul olunub. Respublikanın ağır atletika üzrə yığma komandasının üzvüdür. 25 diplom və fəxri fərmanlarla təltif olunub.
Məmmədov Abbas - Beynəlxalq dərəcəli idman ustası 1950-ci ildə anadan olmuşdur. 11 yaşında «Neftçi» idman klubunda məşğələlərə başlamış, güləş üzrə ilk müəllimi məşqçi Ağakişi İsgəndərov olmuşdur. 1966-cı ildə yeniyetmələr arasında respublika çempionu olmuşdur. Abbas Məmmədov Respublika Olimpiya Komitəsinin Veteranlar Şurasının üzvüdür.
Müzəffərov Əliqulu Həsən oğlu -1944-cu ildə anadan olmuşdur. On iki yaşından «Neftçi» idman cəmiyyətində yunan-roma güləşi ilə məşğul olmuş, 1971-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Dəfələrlə «Neftçi» idman cəmiyyətinin çempionu, Respublika çempionu, SSRİ birinciliklərinin mükafatçısı olmuşdur. SSRİ-nin idman ustasıdır. 1980-cı ildə Azərbaycan SSR-nin əməkdar məşqçisi adına layiq görülmüşdür. 1966-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə ona "Azərbaycan Respublikasının fəxri idman işçisi» adı verilmişdir.

GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
77°
25°
°F | °C
Clear
Humidity: 100%
Wind: NW at 21 mph
Thu

73 |
80
22 |
26
Fri

71 |
77
21 |
25
Sat

71 |
73
21 |
22
Sun

73 |
78
22 |
25
COUNTER

![]() | Bu gün | 87 |
![]() | Dünən | 369 |
![]() | Bu həftə | 1322 |
![]() | Keçən həftə | 2796 |
![]() | Bu ay | 3364 |
![]() | Bu günə kimi cəmi | 125032 |
Hazırda burada: 10