Thursday, September 09, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Hövsan qəsəbəsi

Hövsan qəsəbəsi

Hövsan kəndi Bakı şəhərinin qədim kəndlərindən biridir və 1793-cü ildə yaradılıb. 1966-cı ildə o qəsəbə statusu alaraq Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Abşeron yarımadasının cənubunda yerləşir.
Statistik məlumatlara əsasən qəsəbənin əhalisi   39100 nəfər, qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbədə əhalinin sayı 50000 nəfərə yaxındır.  
 Əhalinin əsas fəaliyyəti heyvandarlıq, quşçuluq və əkinçilikdir.  Hövsan qəsəbəsində 6 ümumtəhsil orta məktəb (76, 118, 196, 270, 280 və 281 saylı), bundan başqa  16 saylı Laçın orta məktəbi  76 saylı orta məktəbin nəzdində fəaliyyət göstərir.
 Bundan əlavə 7 uşaq bağçası (126,163, 203, 263,  270, 273, 311 saylı),  Mirzaağa Əliyev adına mədəniyyət evi  və Hövsan mədəniyyət sarayı, 23 saylı şəhər poliklinikası, 16 saylı uşaq poliklinikası,  37 saylı  musiqi məktəbi, 89 saylı poçt məntəqəsi və  onun filialı, 47 və 57 saylı ATS-lər, 35 saylı Dövlət Notariat Kontoru, Beynəlxalq bankın iki ,  Kapital Bankın isə bir ödəmə məntəqələri, iki qaz istismar məntəqəsi, RMKTB-nin 103 və 104 saylı MKİS-i, 1 saylı TTT və Sosial Xidmətlər İdarəsinin 2 saylı MİS-i fəaliyyət göstərir
 Bundan başqa qəsəbədə 2 məscid, 1 mədrəsə, 1 Qərib ağa adına  ziyarətgah yerləşir.
 Əhalinin istirahəti və asudə vaxtının mənalı keçirilməsi üçün qəsəbə ərazisində 2 istirahət parkı, 1 idman kompleksi və 1 kütləvi kitabxana fəaliyyət göstərir. Həmçinin qəsəbə ərazisində bir sıra sənaye müəssisəsi və digər idarələr də yerləşir.
  Qəsəbədə 2008-ci ilin sonunadək şəhid alələri və Qarabağ müharibəsi əlilləri üçün 2 ədəd 36 mənzilli  yeni yaşayış binası tikilib  istifadəyə veriləcəkdir. Hal - hazırda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

                                  Qəsəbənin tanınmış şəxsiyyətləri
      
1. Əliyev Mirzəağa Əmi oğlu – (1883-1954) SSR-nin Xalq artisti
2. Ağayev Ülfət Xanəli oğlu – kimya elmləri doktoru
3. Rəhmanov Pənah Əbdülrəhman oğlu – filologiya elmləri doktoru
4. Almazov Vərağa Qəmbər oğlu - filologiya elmləri doktoru
5. Səmədov Zərbəli Cavad oğlu -  kimya elmləri doktoru
6. Hacıyevə Nazirə Meşədi Maarif qızı - kimya elmləri doktoru
7. Qılmanov Soltan Novruzali oğlu – General, Polis Akademiyasının
    rəisi vəzifəsində çalışmışdır.
8. Almasov Mirzə Yarəhməd oğlu – General, Cəmşid Naxçıvanski
    adına  Liseyin rəisi vəzifəsində çalışmışdır.
9. Ağadadaş Minuri - yazıçı

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

77°
25°
°F | °C
Mostly Cloudy
Humidity: 100%
Wind: NW at 18 mph
Thu

73 | 80
22 | 26
Fri

71 | 77
21 | 25
Sat

71 | 73
21 | 22
Sun

73 | 78
22 | 25

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün85
mod_vvisit_counterDünən369
mod_vvisit_counterBu həftə1320
mod_vvisit_counterKeçən həftə2796
mod_vvisit_counterBu ay3362
mod_vvisit_counterBu günə kimi cəmi125030

Hazırda burada: 8