Sunday, September 05, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Qaraçuxur qəsəbəsi

There are no translations available.


Qaraçuxur qəsəbəsi

1923-cü ildən Kaqanoviç qəsəbə, fəhlə, kəndli, qızıl əsgər və qırmızı donanmaçı deputatları Soveti, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi adlandırılmışdır.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26.09.1955-ci il tarixli Fərmanına uyğun olaraq Bakı şəhəri ZDS İcraiyyə Komitəsinin 06.10.1955-ci il tarixli 19/473 №-li Qərarı ilə Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi ləğv edilərək ərazisi Bakı şəhəri Orjenikidze rayonunun tərkibinə verilmiş və həmin qərarla Kaqanoviç rayon ZDS İcraiyyə Komitəsi, Kaqanoviç qəsəbə ZDS İcraiyyə Komitəsi adlandırılmışdır.
ImageAzərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 31.08.1957-ci il tarixli fərmanı ilə Orjenikidze rayonu Kaqanoviç qəsəbəsi, Ordjenikidze rayonu Qaraçuxur qəsəbəsi adlandırılmış, 26.05.1964-cü ildə Qaraçuxur qəsəbəsinin adı Serebrovski adı ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin 29.04.1992-ci il tarixli qərarı ilə qəsəbənin əvvəlki Qaraçuxur adı yenidən özünə qaytarılmışdır.
Qaraçuxur qəsəbəsinin əhalisi  72600 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır.
      Məcburi köçkünlərin sayı – 8514 nəfərdir ( yəni 1960 ailə)    o cümlədən:

 

 

Küçələrə  adları verilmiş şəhidlər:

1. Quliyev Vüqar Məmmədəli oğlu - “Bağ” küçəsinə adı  verilib.
2. Qurbanov Cəlal Bilal oğlu - “Kirov” küçəsinə adı  verilib.
3. Şərifov Zaur Faiq oğlu - “Razin” küçəsinə adı  verilib.
4. İsmayılov Nizami Zeynalabdin oğlu - “Qumluq” küçəsinə adı  verilib.
5. İsmayılov Kərəm İdris oğlu - “Saray” küçəsinə adı  verilib.
6. Əliyev Yaşar Səməd oğlu - “Ambulator” küçəsinə adı  verilib.
7. Musayev İlqar Vaqif oğlu - “Kərpiç” küçəsinə adı  verilib.
8. Şirinov Tərlan Orucbəy oğlu - “Üzümlük” küçəsinə adı  verilib.
9. Mehbalıyev Əhməd Suliddin oğlu - “Gənclik” küçəsinə adı  verilib.
10.Cəfərov Samir Vaqif oğlu - “Seyranbağça” küçəsinə adı  verilib.
11.Bəkirli Etibar Mustafa oğlu - “Trubnaya baza” küçəsinə adı  verilib.
12.Eyvazov Yusif Ayvaz oğlu -  “4048-ci kvartal”-a adı  verilib.
13.Vəliyev Qəzənfər Həmid oğlu – “Xəzan” küçəsinə adı  verilib.
14. Rəhimov Cavanşir İzzət oğlu - 146 saylı məktəb onun adınadır, parkda
      büstü qoyulub.                                                  
15. Alıcanov Rafiq Cəfər oğlu -  “Yeni Qumluq” küçəsinə  adı verilib.

          Ərazidə 4 telefon qovşağı (Qaraçuxur qəsəbəsi – 27 , Yeni Günəşli yaşayış sahəsində -77, «Caspian» özəl şirkətinin - 47,48 nömrələri ilə başlayan telefon qovşaqları)  mövcuddur.
 Qaraçuxur qəsəbəsində rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayon MKTB-nin tabeliliyindəki 4 Mənzil Kommunal İstismar Sahəsi (Yeni Günəşli yaşayış sahəsinin «V» yaşayış sahəsində  62 saylı,  «AB» yaşayış sahəsində 68 saylı, «Q» yaşayış sahəsində 105 saylı, Qaraçuxur qəsəbəsində 63 saylı MİS-lər), ARDNŞ-nin 17 saylı MİS-i,  1 İstilik sahəsi, Yeni Günəşli yaşayış sahəsində  133 saylı və   Qaraçuxur qəsəbəsində 48 saylı  2 poçt şöbələri, rayon kanalizasiya qəza xidməti sahəsi, 2 qaz istismar xidməti sahəsi, 2 Elektrik  («Bakıelektrikşəbəkə» ASC-nin və  15-ci Şəbəkə Təmir Sahəsinin) şəbəkəşi,  11 məktəb (Yeni Günəşli yaşayış sahəsidə 275, 278, 279, 282, 285 və 290 saylı, Qaraçuxur qəsəbəsində  5 məktəb- Xarici Dillər Təmayüllü Gimnaziya, 104 , 141, 146 və 318 saylı), həmçinin Kəlbəcər və Xocəvənd rayonlarından məskunlaşmış məcburi köçkünlər üçün 2  məktəb fəaliyyət göstərir.
 Ərazidə 36 saylı musiqi məktəbi  yerləşir, burda 450 nəfər şagird musiqi təhsili alır.
 Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına Mədəniyyət sarayı, 11 ədəd uşaq bağçası, 2 №-li  Uşaq evi,  5 səhiyyə müəssisəsi (Qaraçuxur qəsəbəsində 9 №-li stomatoloji poliklinika, 10 №-li Tibbi Sanitar hissə,  20  №-li  xəstəxana, Yeni Günəşli yaşayış sahəsində 31 №-li şəhər poliklinikası, 22 saylı Təcili yardım stansiyası)  fəaliyyət  göstərir.
        Həmçinin ərazidə 7 şadlıq evi , 2 əmanət kassası , 3 Notariat ( 34 və 37 saylı  Yeni Günəşli yaşayış sahəsində, 24 saylı Qaraçuxur qəsəbəsində) kontoru, «N» saylı hərbi hissə yerləşir.

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun

77 | 87
25 | 30
Mon

77 | 87
25 | 30
Tue

75 | 87
23 | 30
Wed

77 | 87
25 | 30

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün300
mod_vvisit_counterDünən353
mod_vvisit_counterBu həftə2665
mod_vvisit_counterKeçən həftə2667
mod_vvisit_counterBu ay1911
mod_vvisit_counterBu günə kimi cəmi123579

Hazırda burada: 16