Sunday, September 05, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Mehriban Əliyeva

There are no translations available.

Mehriban Əliyeva
Heydər Əliyev Fondunun prezidenti, millət vəkilil Mehriban xanım Əliyeva 
 
03 fevral 2005-ci il və 24 noyabr 2006-cı il tarixlərdə Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində yerləşən 2 saylı uşaq evində olmuşdur.  Burada yeməkxana olmadığına görə uşaqlara yeməyin otaqlarda verildiyini bildikdə, Mehriban xanım yeməkxana tikilməsinə təşəbbüs göstərmiş, qısa müddət ərzində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeməkxana tikilmiş  və lazımi avadanlıqlarla təmin edilmişdir.
16 mart 2007-ci il tarixdə Mehriban xanım  Əliyeva Novruz bayramı münasibəti ilə bir daha   Suraxanı rayonundakı 2 saylı uşaq evində oldu, uşaq evinin yataq otaqlarına, tibb məntəqəsinə baxdıqdan sonra  təzə tikilmiş, 380 kv.m. sahəsi olan yeməkxanaya gəldi. Ərazinin əvvəlki vəziyyətini və indiki görünüşünü əks etdirən fotolara baxdı,   yeməkxananın ərzaq anbarında, mətbəxində oldu, ərzaq ehtiyatı, normaları, sanitariya vəziyyəti ilə maraqlandı. 
Buranın ən yaxşı xidmətçisi olan Həqiqət Sultanova yaradılan belə gözəl şəraitə görə hamının razılığını Mehriban xanıma çatdıraraq qeyd etdi ki, Xocalı qırğını haqqında əsl həqiqətin dünyaya yayılması üçün gördüyü işlərə görə xüsusi minnətdarlıq etməyi özümə borc bilirəm. Bayram süfrəsi arxasında hər kəs öz yerini tutduqdan sonra uşaq evində təlim-tərbiyə işinin təşkilindən, uşaqların müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edən film göstərildi. 4 yaşlı Aytac isə əsl körpə məhəbbəti ilə Mehriban xanımın boynuna sarılıb ondan aralanmadı. Bütün uşaqlar bir səslə Mehriban xanımı salamladılar. Sonra şənliyin aparıcıları Mehriban xanıma müraciətlə dedilər: "Əziz Mehriban xanım, bizimlə Novruz bayramı sevincini bölüşməyə xoş gəlmisiniz. Biz Sizi əziz  bayramımız münasibəti ilə ürəkdən təbrik edirik.
Heydər Əliyev Fondunun  "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülən işlər xalqımızın minlərlə ailəsinə rahatlıq,  sevinc bəxş etmiş, yaxşı təhsil imkanı yaratmışdır. Digər 28 belə uşaq evi, internat məktəbi kimi, bizim müəssisə də Sizin təşəbbüsünüzlə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində təmir edilərək, təzə avadanlıqla tam təchiz olunmuş,  rahatlığımız üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bizə göstərdiyiniz qayğıya cavab olaraq  səylə oxuyacaq, vətənimizə, xalqımıza  gərəkli insanlar olacağıq. Sizə və hörmətli prezidentimizə gördüyünüz böyük işlərdə müvəffəqiyyətlər arzulayırıq. Bu bayram günündə Sizə öz sevgi və məhəbbətimizi bildiririk".
Mahnı və rəqslər bir-birini əvəz etdi, uşaqlar Novruz səhnəcikləri göstərdilər, yeyib-içib şənləndilər. Fondun prezidenti buradan ayrılarkən bir daha hamını bayram münasibəti ilə təbrik etdi, tərbiyəçilərdən onların  əməyinin ən böyük savab iş olduğunu  unutmamağı,  uşaqlara öz balaları kimi baxmağı xahiş etdi.
7 saylı xüsusi internat məktəbi  rayonun Əmircan qəsəbəsində  yerləşir və 1957-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbin əsas bazasında I-X siniflər təhsil alır. Tədris proqramında əmək təliminə daha çox yer verilir və uşaqlar peşə vərdişlərinə yiyələnirlər. 
Oğlanlar əsasən dülgərlik, çilingər, qızlar isə biçmə, tikmə, toxuma sənətinə yiyələnirlər. Əsas təhsil haqqında şəhadətnamə alan uşaqlar texniki peşə liseylərində təhsillərini davam etdirirlər. 
Məktəbdə 26 sinifdə  257 şagird  təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi  ilə 78 nəfər müəllim-tərbiyəçi, loqoped və defektoloqlar məşğul olur. 
Məktəbdə iki loqoped otağı, altı əmək emalatxanası, tibb otağı, kitabxana, oyun otağı, idman zalı, musiqi otağı, yeməkxana şagirdlərin istifadəsindədir. Hər gün gecələmək üçün 170-180 nəfər uşaq internatda qalır, yaxınlıqda olan  uşaqlar valideynin müşayiəti ilə evə gedib-gəlirlər. 
Məktəbdə idman və musiqi dərnəkləri fəaliyyət göstərir. İdman müəllimi Yasin Cabbarovun qayğısı sayəsində uşaqlarımız respublika üzrə paraolimpiya oyunlarında futbol, basketbol, yüngül atletika yarışlarında uğur qazanaraq I, II yerləri tutmuş, müxtəlif diplom və medallara layiq görülmüşlər.
Musiqi müəllimi Mənsur Ələkbərov öz sənətinin əsl peşəkarı kimi uşaqların musiqi qabiliyyəitini inkişaf etdirir. Müxtəlif müsabiqələrdə uşaqlar mahnı, rəqs, şer söyləyir, öz uğurları ilə qürur duyurlar.
Əmək təlimi dərsindən müəllimələrdən Hüseynova Aidə, Cavidi Gülavaz, Bağırov Kamil, Gülməmmədov Məhərrəm uşaqlara əmək vərdişləri aşılayır. Uşaqlar əmək dərslərində düzəltdikləri əl  işlərini müxtəlif sərgilərdə nümayiş  etdirirlər. 
2005-ci ilin fevral ayında məktəbin həyatında tarixi bir gün oldu. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Təhsil naziri Misir Mərdanov məktəbdə olaraq uşaqların təhsili və yaşayışı ilə  şəxsən tanış olaraq, öz göstəriş və tövsiyələrini verdilər. 
Bu gəlişin nəticəsi olaraq məktəb əsaslı təmir olundu, camaşırxana, istilik mərkəzi, mətbəx, həyətyanı sahə yenidən qurularaq müasir avadanlıqla təchiz olunub şagirdlərin istifadəsinə verildi. 
Ölkəmizdə geniş vüsət tapmış "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində məktəbin maddi bazası zənginləşir, yeni avadanlıq, elmi-metodik, tədris vəsaitləri şagirdəlrin istifadəsinə verilir.

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun

77 | 87
25 | 30
Mon

77 | 87
25 | 30
Tue

75 | 87
23 | 30
Wed

77 | 87
25 | 30

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün298
mod_vvisit_counterDünən353
mod_vvisit_counterBu həftə2663
mod_vvisit_counterKeçən həftə2667
mod_vvisit_counterBu ay1909
mod_vvisit_counterBu günə kimi cəmi123577

Hazırda burada: 15