There are no translations available.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
2005-ci ilin avqust ayının 10-da Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində və Hövsan qəsəbəsində olmuş, sakinlərlə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Dövlətimizin başçısını Günəşli sakinləri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar. Prezident İlham Əliyevə Yeni Günəşlidə və Hövsan qəsəbəsində görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, Bakı şəhərinin mənzillərinin istiliklə təchizatı problemi həll olunması üçün rayon qazanxanalarının əvəzinə məhəllə qazanxanalarının yaradılması məqsədəuyğundur. Prezident İlham Əliyev Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşdü. Onlar qısa vaxtda görülən işlərdən dərin razılıqlarını bildirdilər. Hövsan qəsəbəsində böyük məhəbbətlə qarşılanan Prezident İlham Əliyevin şərəfinə qurban kəsildi. Dövlətimizin başçısı Hövsanlılarla səmimiyyətlə görüşdü, qayğı və problemləri ilə maraqlandı. Qəsəbənin ağsaqqalları burada aparılan quruculuq işlərini, onlara göstərilən diqqətin konkret təzahürü kimi dəyərləndirdilər. Sonra dövlətimizin başçısı Hövsan qəsəbəsinə gedən yolda yenidənqurma işləri ilə tanış oldu.
Tezliklə Bakının bütün küçə və prospektlərinin yenidən qurulacağını bildirən Prezident İlham Əliyev paytaxtın ətrafındakı yaşayış məntəqələrinin bundan sonra da abadlaşdırılması barədə konkret tapşırıqlar verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15.05.2006-cı il tarixdə Bakı-Aeroport yolunda olarkən çirkab və qrunt suların axıdılması nəticəsində əmələ gəlmiş gölün ətrafında olmuş, onun verdiyi tapşırığa uyğun olaraq "Azərsu" ASC-nin köməkliyi ilə göl qurudulmuşdur. 04 aprel 2007-ci il tarixdə Hövsan qəsəbəsində Taxıl terminalının açılışı olmuş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstanın Baş naziri Karim Masimov iştirak etmişlər. Tədbirə hazırlıqla əlaqədar Hövsan qəsəbəsi, Ç.Xanməmmədov küçəsi boyu 960 p/m məsafədə sinkləndirilmiş dəmir vərəqələrdən hasar çəkilmiş, yöndəmsiz çəpərlər sökülmüş, yolun 6000 kv.m sahəsi asfaltlanmış, Suraxanı-Hövsan yolunun iki tərəfində mövcud zibilliklər ləğv olunmuş, yolun sağ və sol tərəfində ərazi hamarlanaraq məişət tullantılarından təmizlənmişdir. 04 may 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etmiş, tədbirə hazırlıqla əlaqədar şəhərciyə gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində 4800 kv.m sahə asfaltlanmış, üç yerdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri olan lövhələr quraşdırılmışdır.2007-ci il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı-Zığ-Qala avtomobil yolunun tikintisi işləri ilə tanış olmuşdur.Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dovlət başçısının tapşırığına əsasən həyata keçirilən yol tikinti işləri barədə Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, Bakı-Zığ-Qala avtomobil yolunun inşasına 7 gün bundan əvvəl başlanıb, 7 km ərazidə torpaq yataq işləri görülmüşdür. Yol iki hissədən ibarətdir. Birinci hissə 20,5 km, ikinci hissə isə 7,9 km uzunluqdadır. Birinci hissədə yol genişləndiriləcək, Fəhlə prospektini Qala dairəsinə birləşdirəcəkdir. Bakı-Zığ-Qala avtomobil yolunda tikinti işləri tamamlandıqdan sonra yeni qurulan yol Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı şəhərinə alternativ yol olacaqdır. Gələn ildə Heydər Əliyev prospektində yenidənqurma işlərinin başlanması ilə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır. Uzunluğu bu yolla eyni olan Bakı-Zığ-Qala avtomobil yolu bu istiqamətdə yarana biləcək problemləri aradan qaldıracaq və Bakıətrafı qəsəbələrin şəhərin mərkəzi ilə nəqliyyat əlaqəsində əhəmiyyətli rol oynayacaqdır. Dövlətimizin başçısı yeni avtomobil yolunun yüksək standartlara uyğun olaraq qısa müddət ərzində inşa edilməsi istiqamətində müvafiq tapşırıqlarını verdi.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 304 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2669 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1915 |
![]() | Bu günə kimi cəmi | 123583 |
Hazırda burada: 11








