There are no translations available.
Dövlət başçısı əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan xalqının ümummilli liderinin tuncdan hazırlanmış abidəsi önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısı açılışı bildirən qırmızı lenti kəsib, mərkəzlə tanış oldu.Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilib. Binanın hər mərtəbəsinin sahəsi 360 kv.metrdir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzin birinci mərtəbəsi ilə tanış olan Prezident İlham Əliyev ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərə baxdı. Dövlət başçısına buradakı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verildi. Bildirildi ki, elektron kitabxana hələlik 50 min səhifəlik 202 adda müxtəlif kitabları əhatə edir. Multimedia studiyasında uşaqlar üçün ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında üçhissəli film hazırlanıb. Bundan başqa, mərkəzin xüsusi internet səhifəsi də yaradılıb. Mərkəzin fəaliyyəti ilə tanış olmaq istəyənlər girişdə quraşdırılan elektron informasiya köşkünün xidmətindən istifadə edə bilərlər. İkinci mərətəbədəki geniş sərgi salonunda əməkdar rəssam Rəfael Abbasovun 2008-ci ildə yağlı boya ilə yaratdığı “Ulu Öndər” əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılıb. Üçüncü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə “Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir” mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı-lektoriya fəaliyyət göstərir. Sonra Prezident İlham Əliyev ümummilli liderin adını daşıyan yeni mədəniyyət və istirahət parkı ilə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən, qəsəbə sakinlərinin sevimli istirahət guşələrinə çevrilən parkın ərazisi 4 hektardır və onun 3 hektara qədəri yaşıllaşdırılıb. Burada 15 min müxtəlif ağac və gül kolları əkilib, bütün ərazi yaşıl çəmənlə örtülüb, əyləncə, ən müasir tələblərə cavab verən idman-trenajor qurğuları, söhbətgahlar quraşdırılıb, uşaq meydançası və qumluq sahə düzəldilib. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılıb, musiqili fəvvarə quraşdırılaraq “Su teatrı” yaradılıb. Fəvvarənin ətrafında 200 nəfərlik amfiteatrı olan meydanda təqribən 3 min nəfərin iştirak edə biləcəyi kütləvi tədbirlərin keçirilməsi mümkündür. Parkdaxili piyada yolları salınıb, transformator və generator məntəqəsi tikilib, su quyusu qazılıb, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilib. Çoxlu sayda dekorativ daş, gül və başqa landşaft kompozisiyalarından ibarət guşələr parkın simasını daha da gözəlləşdirir. Buradakı “Bayraq meydanı”nda hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Həmin meydanda “Günəş saatı” yaradılmışdır. Gənc heykəltəraşların əl işlərindən ibarət heykəltəraşlıq guşəsi parka xüsusi yaraşıq verir. Parkın müxtəlif yerlərində xüsusi müşahidə kameraları quraşdırılıb, mühafizə xidməti təmin edilib. Dövlət başçısı daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış oldu. Prezident İlham Əliyevə məlumat verildi ki, binanın ümumi sahəsi 4186 kv.metrdir. Yeraltı avtomobil dayanacağı olan binanın birinci mərtəbəsində vestibül, qəbul otağı, 70 yerlik yeməkxana, qarderob və 320 yerlik akt zalı yerləşir. Akt zalı ayrıca tikilərək keçid vasitəsilə əsas korpusa birləşir. Konfrans zalı, işçi və xidməti, qəbul otaqları isə ikinci, üçüncü və dördüncü mərtəbələrdədir. Kompleksdə işıqlandırma, su təchizatı, havalandırma, rabitə, videomüşahidə, təhlükəsizlik, kompyuter, televizor sistemləri qurulub. Binanın fasadının bəzək işlərində yüksək keyfiyyətli ağ lövhələrdən, qranitdən istifadə olunub və zövqlə işıqlandırılıb. Bildirildi ki, yeni binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu isə İcra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək. Prezident İlham Əliyev akt zalı, konfrans salonu, iş otaqları ilə tanış oldu, dördüncü mərtəbənin pəncərəsindən Heydər Əliyev parkını seyr etdi. Dövlət başçısı yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirərək öz tövsiyələrini verdi.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 286 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2651 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1897 |
![]() | Bu günə kimi cəmi | 123565 |
Hazırda burada: 8








