There are no translations available.
27 fevral 2009-cu il tarixdə Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, 11, 12, 14, 16 saylı binaların həyətində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Görüşdə 130 nəfərə qədər sakin, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, RİHB-nın qəsəbə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin əməkdaşları iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı qısaca olaraq Suraxanı rayonunda 2008-ci ildə görülmüş işlərə toxunaraq bildirmişdir ki, Yeni Suraxanı qəsəbəsində “Azəriqaz” QSC tərəfindən qaz xətləri əsaslı təmir edilmiş və korroziyaya uğramış xətlər dəyişdirilmiş,5-ci mədən sahəsi, 13 saylı evin yanından qaz xətti çəkilərək 95 ailənin qaz təminatı yaxşılaşdırılmış, “Bakıelektrikşəbəkə” ASC tərəfindən Ş.Məhərrəmov küçəsində transformator yenisi ilə əvəz olunaraq 350 ailənin elektrik təminatı yaxşılaşdırılmış, Ə.Məmmədov küçəsində transformator məntəqəsi əsaslı təmir edilmiş, Rayon İcra Hakimiyyəti ARDNŞ ilə birgə ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə Mədən ərazisində əmələ gəlmiş göllərin qurudulması və abadlaşdırılması işlərinə başlamış, “Azərsu” SC tərəfindən Çaparidze küçəsinə yeni kanalizasiya xətti çəkilərək 90 fərdi yaşayış evi kanalizasiya şəbəkəsinə qoşulmuş, Yeni Suraxanı qəsəbəsinə “Azəryolservis” ASC tərəfindən qəsəbə yollarını abadlaşdırmaq məqsədi ilə 21993 kv.m asfalt örtük və Rayon İcra Hakimiyyəti tərəfindən qəsəbə küçələrini abadlaşdırmaq məqsədi ilə 7566 kv.m asfalt örtük salınmışdır. Eyni zamanda sakinlərin diqqətinə çatdırılmışdır əhaliyə kommunal xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ARDNŞ Sİİ tərəfindən yeni yaradılmış 16 saylı MKİS-in inzibati binasının tikintisi başa çatdırılmışdır. Daha sonra sakinlərin məişət qazında fasilələrin yaranması, binaların dam örtüyünün dəyişdirilməsi, bəzi evlərin zirzəmilərinə su yığılması kimi şikayətləri dinlənilmiş və aidiyyəti qurumlara lazımı tapşırıqlar verilmişdir.
Sonda sakinlər Rayon İcra Hakimiyyəti başçısının onlarla görüşə gəldiyi üçün təşəkkürlərini bildirmişlər.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER
79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun


77 |
87
25 |
30
Mon


77 |
87
25 |
30
Tue


75 |
87
23 |
30
Wed


77 |
87
25 |
30
COUNTER






![]() | Bu gün | 300 |
![]() | Dünən | 353 |
![]() | Bu həftə | 2665 |
![]() | Keçən həftə | 2667 |
![]() | Bu ay | 1911 |
![]() | Bu günə kimi cəmi | 123579 |
Hazırda burada: 16








