Sunday, September 05, 2010
Azərbaycan Türkçəsi(Azərbaycan)English (United Kingdom)
   
Text Size

Search system

Əmircan qəsəbəsində səyyar görüş

There are no translations available.

13 mart 2009-cu il tarixdə Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 23 saylı evin qarşısında Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar  görüşü olmuşdur. 
Görüşdə 75 nəfərə qədər sakin, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, RİHB-nın qəsəbə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin əməkdaşları iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı 2008-ci ildə rayonda, o cümlədən Əmircan qəsəbəsində görülmüş işlərə toxunaraq görüş iştirakçılarının diqqətinə çatdırdı ki, qəsəbədə ARDNŞ Sİİ tərəfindən Z.Tağıyev küçəsi, 3 saylı yaşayış evinin həyəti abadlaşdırılmış, idman meydançası salınmış, xeyir-şər evi yenidən qurulmuş, “Azəriqaz” QSC-tərəfindən itkilərin qarşısını almaq üçün N.Abdullayev küçəsinə yeni qaz kəməri çəkilmiş və 1 ədəd paylayıcı şkaf quraşdırılmış, “Bakıelektrikşəbəkə” ASC tərəfindən mütəmadi olaraq istismar müddəti bitmiş elektrik dirəkləri dəyişdirilmiş və yeniləri quraşdırılmış, köhnəlmiş naqillər və yeraltı kabellər dəyişdirilmiş, mövcud transformator məntəqələri əsaslı təmir olunmuş, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə küçələrin işıqlandırılması üçün 171 dirək basdırılmış, 342 ədəd çilçıraq quraşdırılmış, Bakı şəhər İcra hakimiyyəti tərəfindən məhəllədaxili küçələr və binaların həyətləri asfaltlanmış (ümumilikdə 12759 kv.m asfalt örtük), Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin istirahət şəraitini yaxşılaşdırmaq üçün İ.Şükürov küçəsi 359, 360 saylı yaşayış evlərinin həyətləri abadlaşdırılmış, Bakı şəhər İcra hakimiyyəti tərəfindən sərnişinlərə mədəni xidmət göstərmək üçün qəsəbədə müasir avtobus dayanacaqları quraşdırılmış, “Azəristiliktəchizat” ASC və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 154 saylı orta ümumtəhsil məktəbində yeni müasir tipli qazanxana tikilmiş, ARDNŞ Sİİ tərəfindən təhlükəsiz yaşayış şəraiti yaratmaq üçün Z.Tağıyev küçəsi 13, 15 ünvanda yerləşən qəzalı yaşayış binalarının eyvanları yenidən quruımuş, Rayon MKTB tərəfindən küçələrə adbildirən lövhələr vurulmuş və Rayon İcra Hakimiyyəti tərəfindən nəqliyatın hərəkətini tənzimləmək üçün Rayon İcra hakimiyyətinin yeni inzibati binasının yanında yeni dəmir yol keçidi tikilmişdir. Eyni zamanda sakinlərin diqqətinə çatdırıldı ki, cari ildə qəsəbənin Ə.Bayramov, Vaqif, M.F.Axundov, Natəvan, Q.Quliyev küçələrinə kanalizasiya xətlərinin çəkilməsi, Ü.Hacıbəyov və Bakıxanov küçələrinə isə su xəttinin çəkilməsi, 84 saylı və 114 saylı  orta ümumtəhsil məktəblərinin əsaslı təmiri, 114 saylı orta ümumtəhsil məktəbi üçün 500 şagird yerlik əlavə korpusun tikintisi, 3 saylı Doğum Evinin əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunması, M.Əzizbəyov adına Mədəniyyət Evinin əsaslı təmiri, “Atəşgah” məbədinin ətrafının yenidən qurulması və abadlaşdırılması kimi məsələlərin icrası nəzərdə tutulmuşdur. Görüşdə sakinlərin Sabir Əliyev küçəsində suyun olamaması, qəsəbədəki köhnə qəbirstanlığın ətrafının məişət tullantılarından təmizlənməsi, məişət qazının təzyiqinin az olması kimi şikayətləri dinlənildi. Qaldırılan problemlərlə bağlı yerindəcə xidməti sahələrin rəhbərlərinə lazımi tapşırıqlar verildi. Sonda sakinlər Rayon İcra Hakimiyyəti başçısının onlarla görüşə gəldiyi üçün təşəkkürlərini bildirdilər.

GO TO HAYDAR ALIYEV CENTER

LINKS

TODAY'S VOTING

Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?

WEATHER

79°
26°
°F | °C
Clear
Humidity: 100%
Wind: S at 7 mph
Sun

77 | 87
25 | 30
Mon

77 | 87
25 | 30
Tue

75 | 87
23 | 30
Wed

77 | 87
25 | 30

COUNTER

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün308
mod_vvisit_counterDünən353
mod_vvisit_counterBu həftə2673
mod_vvisit_counterKeçən həftə2667
mod_vvisit_counterBu ay1919
mod_vvisit_counterBu günə kimi cəmi123587

Hazırda burada: 15